Sinan Oğan MHP-dən çıxarıldı

Sinan Oğan MHP-dən çıxarıldı

Milliyyətçi Hərəkat Partiyası (MHP) noyabrın 1-də keçiriləcək təkrar seçkilərdə barajı keçməyə bilər deyən İqdırdan keçmiş  millət vəkili Sinan Oğan partiyadan çıxarılıb.

Bu fikirləri səbəbindən Sinan Oğanın MHP-dən çıxarılması Mərkəzi İntizam qurumunda yekdilliklə qəbul edilib.

İyunun 7-də keçirilən seçkidə namizəd göstərilməyən Sinan Oğan bir neçə gün əvvəlki açıqlamasında deyirdi ki, MHP bir çox şeyə qarşıdır və situasiyanı doğru dəyərləndirə bilmir. Onun iddiasına görə, bu da təkrar seçkinin nəticələrinə doğrudan təsir edə biləcək bir vəziyyətdir.

Modern.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az