"Sınaq imtahanlarının qiyməti aşağı salınmalıdır" - Millət vəkili


"Hələ də rayonlararası avtobuslarla bağlı problemlər var. Ən böyük problem isə sürücülərə tibbi xidmətin göstərilməsi köhnə qayda ilə aparılır. Sürücülərə tibbi xidmətlərin göstərilməsi müasir standartlara uyğun olaraq həyata keçirilməlidir”.

Miq.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Naqif Həmzəyev parlamentin bu gün keçirilən plenar iclasında deyib.

"Mümkündürsə, dəmiryolu ilə sərnişindaşımaya yenidən baxaq. Bu məsələnin həllini tapması yaxşı olardı”, - o bildirib.

Deputat sınaq imtahanlarının qiymətinin baha olmasını da qeyd edib: "Bu imtahanların qiyməti aşağı salınmalıdır”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az