Siqaretlərə tətbiq edilən vergi artırıldı

Siqaretlərə tətbiq edilən vergi artırıldı
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1186-VQD nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.

Miq.az xəbər verir ki, Məcəllənin 190-cı (Aksizli malların siyahısı və vergi dərəcələri) maddəsinə edilən dəyişikliyə əsasən, Azərbaycanda istehsal olunan tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə 12 manat (bundan əvvəl 4 manat) aksiz dərəcəsi tətbiq ediləcək.
Digər dəyişikliyə uyğun olaraq, siqarlar, ucları kəsilən siqarlar və siqarillalara isə (nazik siqarlar) 1000 ədədinə 20 manat (bundan əvvəl 10 manat) vergi tətbiq olunacaq.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az