Siyəzəndə vəziyyət gərginləşdi-aksiya davam edir

Siyəzəndə vəziyyət gərginləşdi-aksiya davam edir
Siyəzəndə etirazlar davam edir. Şəhərin mərkəzi yerli polis orqanları ilə yanaşı Çevik Polis Alayı, Daxili Qoşun əməkdaşlarının nəzarəti altındadır. 

Rayon mərkəzinə gələn yollarda aksiyaçılar maşın təkərləri yandırıblar. Ara-sıra təhlükəsizlik qüvvələri həmin küçələrə baş çəkərək yandırılan təkərləri söndürür, aksiyaçıların ərazidən uzaqlaşmasına nail olurlar. Bu zaman təhlükəsizlik qüvvələrinə daş-kəsək atıldığı bildirilir. Belə bir toqquşma Siyəzənin mərkəzindəki "Xalq-bank”ın yerli şöbəsinin yaxınlığında baş verib, atılan daşların bir neçəsi binanın şüşələrinə dəyib. Ümumilikdə Siyəzəndə gərginlik qalsa da, vəziyyət təhlükəsizlik qüvvələrinin nəzarəti altındadır. Şəhərin mərkəzində sakinlərin gediş-gəlişi tam məhdudlaşdırılıb. 
Aksiyaçılar ara məhlələrdə, küçələrdə qalmaqdadırlar. (Musavat.com) 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az