Azərbaycan Dövlət Neft Şirkəti Tbilisi meriyasını 10 000 litrlik yanacaqla təmin edib
İyunun 13-14-də Tbilisidə baş vermiş daşqının nəticələrinin aradan qaldırılması məqsədilə həyata keçirilən tədbirlərdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəmə şirkəti “SOCAR Energy Georgia” fəal iştirak edir.
Vətəninfo.az APA-ya istinadla xəbər verir ki, təbii fəlakət zamanı həlak olanların ailələrinə dərin hüznlə başsağlığı diləklərini birincilər sırasında bildirən “SOCAR Energy Georgia” zərər çəkmiş paytaxt sakinlərinə yardım üçün ilkin mərhələdə 50 min lari (təxminən 24 000 manat) vəsait ayırıb.
Bundan əlavə, Tbilisi meriyasının əhalinin sosial problemlərinin həlli ilə məşğul olan xidməti 10 000 litr yanacaqla təmin olunub. Şirkətin rəhbərliyi yardım tədbirlərinin digər variantlarını da nəzərdən keçirir.
Qeyd edək ki, SOCAR beynəlxalq aləmdə qəbul olunmuş ümumi qaydalara uyğun olaraq, biznes fəaliyyəti ilə məşğul olduğu ölkələrin ictimai həyatında daim yaxından iştirak edir, yerli əhalinin sosial problemlərinin həll olunmasında, maddi rifah halının yüksəldilməsində əlindən gələni əsirgəmir.
“ƏSASSIZ BAHALAŞMA GENİŞ YAYILIB, QARŞISI ALINMALIDIR” - “Dövlət müdaxilə etməsə, qiymətlər artmaqda davam edəcək”
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...