SOCAR Turkey Energy-nin "uzaqvuran topları" zərərsizləşdirildi

SOCAR Turkey Energy-nin

SOCAR Turkey Energy-nin bəzi rəhbər şəxsləri istefa verdilər

Türkiyədə hərbi çevriliş cəhdinə görə, SOCAR Turkey Energy şirkətinin bəzi rəhbər şəxsləri istefa ediblər.

Miq.az bildirir ki, bu barədə Türkiyə mətbuatı xəbər verib.

İstefa edənlərin arasında SOCAR Turkey-in İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ömər Adsız, kadrlar şöbəsinin rəhbəri İlqar Mehmetoğlu, informasiya texnologiyaları şöbəsinin rəhbəri Çetin Korkut və NPZ Star-ın kadrlar şöbəsinin rəhbəri Fuad Ulaqay var.

Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.

Miq.az xatırladır ki, bu qurumda çalışan fətullahçılarla bağlı uzun müddət araşdırmalar apardıq. Miq.az saytı bu araşdırmalarla bağlı ciddi təzyiq və təhdidlərə baxmayaraq, inadından dönmədi.
Bir daha üstümüzə fətullahçılarla bağlı gələnlərə xatırladırıq ki, hətta biz Milli Qəhrəmanın oğlunu müdafiə etdiyimiz halda belə bizə asi kəsilən fətullahçılar və Fətullah Gülənin uzaqvuran toplarının aqibətinin bu günə düşməsi gözlənilən idi.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az