7 həftədir tamaşaçılar tərəfindən izlənmə sayına görə rəsmi reytinq göstəricilərində birinci olan “Toy gecəsi” bədii televiziya serialının 8-ci bölümündə də bir sıra nəfəs kəsən hadisələr baş verir.
Vətəninfo.az xəbər verir ki,Aslan reanimasiya otağında olan qardaşı Cəlillə görüşməyə müvəffəq olur və onu boğmağa cəhd edir. Bu zaman qardaşı onun əllərindən tutaraq xillas olmağa çalışır. İki qardaş arasında amansız mübarizə başlayır...
Zərifəylə Aygün toy gecəsi Toğrulun Aygünün keçmiş qaynı Cavid tərəfindən qətlə yetirildiyindən ilk dəfə aparıcı Mətanət xanımın təqdimatında təqdim olunan “ATV olay” verilişindən xəbər tuturlar. Əgər bu ana qədər baş verənlərə görə Aygün Zərifəni qınayırdısa, bu xəbərdən sonra Zərifə qızına hücuma keçir. Tanınmış sənətçi Namiq Qaraçuxurlunun canlandırdığı Murad Qəhrəmanov rəhbərlik etdiyi holdinqə daxil olan zavodlardan birində yeyinti halları aşkarlayır və bunu yoxlamağı köməkçisi Zaura tapşırır. Əslində, bütün bu qanunsuzluqların başında məhz Zaur dayanır. Digər tərəfdən isə yararsız torpaq sahəsinin alq-satqı müqaviləsini Murada imzalatdıra bilməyən Zaurun həyatı və karyerası tükdən asılı vəziyyətə düşür. Olayların pik səviyyəsinə çatdığı bu məqamda Murad Qəhrəmanovun nişanlısı Aydanı oğurlayırlar...
Bütün bu hadisələrin təfərrüatlarını bilmək istəyirsinizsə, “Toy gecəsi” bədii televiziya serialının 8-ci bölümünü bu gün axşam saat 19.00-da ATV kanalında izləməyi unutmayın.
Vətəninfo.az
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Bu gün Azərbaycanda Zəfər Günüdür
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT