Vətəninfo.az xəbər verir ki, bunu “Qadınlara səlahiyyət, cəmiyyətə tərəqqi” adlı konfransda çıxışı zamanı daxili işlər nazirinin müavini Oruc Zalov deyib.
O.Zalov bildirib ki, bu hüquqazidd əməllərə görə 18948 nəfər məhkəmə məsuliyyətinə cəlb olunub (2009-cu ildə 4934, 2010-cu ildə 4312, 2011-ci ildə 3953, 2012-ci ildə 3274, 2013-cü ildə isə 2475).
Cari ilin son 9 ayında qadınlara qarşı 4195, o cümlədən zorakılıqla bağlı 1687 cinayət faktı qeydə alınıb və 2024 nəfər məhkəmə məsuliyyətinə cəlb olunub.
Cinayətlərin 23 faizi və yaxud hər beşincisi məhz ailə-məişət münaqişəsi zəminində baş verib.
O.Zalov qeyd edib ki, daxili işlər orqanlarında 2855 qadın xidmət göstərir ki, bunun da 1350 nəfəri xüsusi rütbəsi olan qadınlardır: "Qadınlara qarşı zorakılığın aradan qaldırılması daxili işlər orqanlarının əsas vəzifələrindən biridir. Qadın və qızların hüquqlarının pozulması hallarının qarşısını almaq üçün profilaktik tədbirlərin görülməsi daim diqqət mərkəzindədir. Daxili İşlər Nazirliyində 102 - "Qaynar xətt" xidməti yaradılıb və bununla da şərait yaradılıb ki, insanlar polisə öz problemləri barədə müraciət etsinlər. Gündəlik 4000 müraciətdən 30 faizi qadınlar tərəfindən edilir. Qadınlara müvafiq yardım göstərilməsi üçün daim tədbirlər görülür".
Onun sözlərinə görə, Azərbaycanda zorakılıq halları Avropa ölkələri ilə müqayisədə dəfələrlə azdır.
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?
"Azərbaycan Ermənistanın yolu ilə gedir, sonu yaxşı olmayacaq" - Rusiyadan HƏDƏ