Son dəqiqə: ATƏT nümayəndələri cəbhə xəttindən qayıdan kimi ATƏŞ BAŞLAYIB
Xəbər verdiyimiz kimi, ATƏT nümayəndələri bu gün cəbhənin Ağdam rayonu istiqamətində, qoşunların təmas xəttində monitorinq keçirib. Müdafiyə Nazirliyinin rəsmi saytında monitorinqin insdentsiz baş tutması barədə məlumat yayılıb.
Cebhe.info-nun bölgə müxbirinin yerli sakinlərə istinadən veridiyi xəbərə görə, monitorinq başa çatdıqdan bir neçə dəqiqə sonra erməni silahlı birləşmələri atəşkəs rejimini pozublar. Hal-hazırda da cəbhənin müxtəlif istiqamətlərində fasiləli şəkildə avtomat və plemyot səsləri eşidilməkdədir.
Miq.az