Şou biznes əhli Yeni ildə nə qədər pul qazanacaq?

Şou biznes əhli Yeni ildə nə qədər pul qazanacaq?

Lent.az-ın məlumatına görə, axsam.az  şou-biznes əhlinin yeni il gecəsi qazanacağı qonorarın məbləğini müəyyənləşdirib.


Sorğu nəticəsində bəlli oldu ki, sənətçilər bayram günü yarım saatlıq çıxış üçün 1000-5000 manat arasında pul tələb edir.

Müğənni Nadir Qafarzadə - Yeni il gecəsi yarım saatlıq çıxış üçün 3 min manat qonorar müəyyənləşdirib. Müğənni hələ ki, beş restoranla razılaşıb. Həmin gecə ümumilikdə 15 min manat qazanc əldə edəcək. 

Xalq artisti Səməd Səmədov – Qonorarını yarım saat üçün 1500 manat təyin edib. Ümumilikdə isə 5 restorandan gələn təklifi qəbul edib. Xalq artisti bayram gecəsi 7500 manat qazanacaq. 

Əməkdar artist Manana – yarım saat üçün 4000 manat qonorar alacaq. Müğənni beş restoranla anlaşıb. Ümumilikdə 20 min manat gəlir əldə edəcək. 

Əməkdar artist Elza Seyidcahan - 3 min manat qonorar təyin edib. Müğənni hələ ki, neçə restoranda çıxış edəcəyini dəqiqləşdirməyib. İndiyədək beş restorandan təklif alıb. 

Müğənni Samir Piriyev – Bayram gecəsi Qubadakı istirahət mərkəzlərindən birində səhnəyə çıxacaq. Sənətçi bir saat üçün 5 min qonorar alacaq. 

Əməkdar artist Eyyub Yaqubov – Yarım saat üçün 4 min manat alacaq. Ümumilikdə 4 restoranda çıxış edəcək.  

Skripkaçı Ceyhun – Yeni il günü İstanbulda səhnəyə çıxacaq. Sənətçi qonorarını gizli saxlayır.
Əməkdar artist Nüşabə Ələsgərli – Yeni il gecəsi şou-proqramlarda iştirak etmək üçün yarım saata 2 mindən çox qonorar tələb edib. 

Müğənni Sevil və Sevinc – Əkiz bacılar Yeni il gecəsi Naxçıvanda özəl məkanlardan birində çıxış edəcək. 1 saatlıq səhnə üçün onlar 8 mindən 10 min manata qədər qonorar alacaqlar. Məkan sahibləri ifaçıların başqa bir məkanda çıxışına icazə verməyib. 

Müğənni Elçin Cəfərov – yarım saatlıq çıxış üçün 5 min manat qonorar tələb edib. İndiyədək o, beş məkanla razılaşıb. Müğənninin qazanacağı məbləğ 25 min manatdır. 

Müğənni Zamiq Hüseynov – Yeni il gecəsi 3 min manata səhnəyə çıxacaq. Sənətçi altı restorandan gələn təklifi qəbul edib. O, cəmi 18 min manat qazanacaq. 

Müğənni Sevda Yahyayeva – Bayram günü 4 min manat qonorar tələb edib. Hazırda o, 4 restoranla razılaşıb. Beləcə, Sevdanın 16 min manat gəliri olacaq. 

Meyxanaçı Namiq Qaraçuxurlu – yarım saat üçün 2500 manat qiymət qoyub.  Amma sənətçi hələ ki, təklifləri qəbul etmir. O, Yeni ili Çində qarşılamağı planlaşdırır. 

Müğənni Röya – "Marriot Absheron Baku" otelində çıxış edəcək sənətçi hər zamankı qonorarının ikiqat artığını alacaq.

Müğənni Əbdül Xalid – Yeni il gecəsi yarım saatlıq çıxış üçün min manat qonorar tələb edir. Həmin gün sənətçi beş-altı restoranda çıxış edəcək. 

Müğənni Niyam Səlami – yarım saat üçün 2 min manat alacaq. Müğənni həmin gecə dörd-beş tədbirdə sevilən mahnılarını səsləndirəcək. 

Yeni il gecəsi şou proqramlarda iştirak etməyəcək müğənnilər də var. 

Müğənni Könül Kərimova – Yeni ili ailəmlə keçirəcəyəm. 

Müğənni İlhamə Qasımova – Hələ ki, heç bir təklifi qəbul etmirəm. Həmin gün 20 min manat qazanacağımı bilsəm, razılıq verərəm. Əgər az olsa, bayramı ölkə kənarında qeyd etməyi düşünürəm. 

Müğənni Eldar Qasımov – Təkliflər gəlir, amma qəbul edib-etməyəcəyimi dəqiq bilmirəm. İstənilən halda saat 00:00-da ailəmin yanında olacağam. 

Əməkdar artist Tünzalə Əliyeva – 8 ildir Yeni ili səhnədə qarşılayıram. Bu il heç bir təklifi qəbul etmədim, ailəmlə birlikdə olacağam. 

Xalq artisti Nazpəri Dostəliyeva – Heç bir şou proqramda yer almayacaq. 

Əməkdar artist Cavanşir Məmmədov – Yeni ili ailəmlə qeyd edəcəyəm. 

Müğənni Ayan Babakişiyeva – Heç vaxt şou proqramlarda çıxış etmirəm. Yeni ildə də sevdiklərimlə birlikdə olacağam.  

Müğənni Elvin Abdullayev – Hər il bayram günü şou proqrama gedirdim. Bu il heç bir dəvəti qəbul etmədim. Ailəmlə, sevdiklərimlə birlikdə qeyd edəcəyik.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az