Şoyqudan Qafqaz açıqlaması: “Ermənistan əsas müttəfiqimizdir...”

Şoyqudan Qafqaz açıqlaması: “Ermənistan əsas müttəfiqimizdir...”

"Ermənistan Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsində Rusiyanın müttəfiqi və əsas tərəfdaşıdır”.

Miq.Az xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu deyib.

O qeyd edib ki, Rusiya Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin modernləşdirilməsi və islahatlarına kömək etməyə hazırdır.

Bundan əlavə, Şoyqu Ermənistanda sabitliyin qorunmasında maraqlı olduğunu bildirib.

"Eyni zamanda, Ermənistan Silahlı Qüvvələrində islahatlar proqramının həyata keçirilməsinə yardım göstərməyə davam etməyə hazırıq. Bu, asan məsələ deyil, amma düşünürəm ki, təcrübənizlə bu işin öhdəsindən layiqincə gələcəksiniz”, o, erməni həmkarı Arşak Karapetyana müraciətində deyib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az