Şoyqudan Zakir Həsənova JEST-"Sizi təbrik edirəm, hörmətli Zakir Həsənov"

Şoyqudan  Zakir Həsənova JEST-

"MDB ölkələri ümumi çağırışlar və təhlükələr, hər şeydən əvvəl beynəlxalq terrorizmlə qarşılaşır”.

Bu haqda Müstəqil Dövlət Birliyininə (MDB) üzv ölkələrin müdafiə nazirlərinin şura iclasını açan Rusiyanın Müdafiə Nazirliyinin başçısı Seygey Şoyqu bildirib.

"Olduqca simvolikdir ki, qonşu dövlətlərin müdafiə nazirlərinin iclası Asiyanın coğrafi mərkəzində Kızılda (Rusiyanın Tuva Respublikasının paytaxtı –red.) keçirilir. Birgə sərhədlər və tarixi əlaqələrin ümumiliyi bizə ən aktual mövzular üzrə danışıqlar aparmağa imkan verir”, - nazir deyib.

O vurğulayıb, ümumi prioritetlər - mehribanlıq, qarşılıqlı sərfəli əməkdaşlıq və regional sabitlik MDB üzrə partnyorları birləşdirir: "Ümumi çağırışlar və təhlükələr, ilk növbədə beynəlxalq terrorizm bizə qarşı dayanır. Son vaxtın hadisələri bunu əyani təsdiq edir”.

Şoyqu çıxışında Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovu ad günü münasibətilə təbrik edib: "Bu gün bizim həmkarımız Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun ad günüdür. Sizi təbrik edirəm, hörmətli Zakir Həsənov. Sizə respublikanın silahlı qüvvələrinin gücləndirilməsində möhkəm sağlamlıq, əmin-amanlıq və müvəffəqiyyətlər arzu edirəm”.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az