Spikerdən İrana çağırış: “Xocalı soyqırımının tanınması..."

Spikerdən İrana çağırış: “Xocalı soyqırımının tanınması...

"İrana səfərim zamanı qeyd etdim ki, Azərbaycan Vətən müharibəsində əldə etdiyi Qələbə ilə ərazi bütövlüyünü bərpa edib. Ermənistan işğal etdiyi ərazilərimizdəki məscidlərimizi, mədəniyyət abidələrimizi və bütün digər tikililəri dağıdıb, infrastrukturu tamamilə məhv edib. Düşmən hətta müqəddəs ziyarətgahlarımızı və məscidlərimizi də təhqir edib”.

Miq.Az xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı spiker Sahibə Qafarova deyib.

Spiker İranı Xocalı soyqırımını tanımağa çağırıb:

"2022-ci ilin fevral ayının 26-da Xocalı soyqırımının 30-cu ildönümü tamam olacaq. Görüşlərdə Xocalı soyqırımının bu günə qədər bir çox dövlətlər və beynəlxalq təşkilatlar tanındığını vurğuladım. Bunu nəzərə alaraq, bu məsələyə İran parlamentinin də diqqət yetirməsinə toxundum”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az