Sülhməramlıların şübhəli təlimləri: “Öz postlarını kimdən qoruyurlar?”

Sülhməramlıların şübhəli təlimləri: “Öz postlarını kimdən qoruyurlar?”

"Qarabağa müvəqqəti yerləşmiş sülhməramlılar başqa bir suveren dövlətin ərazisində öz postlarını kimdən qoruyurlar?”

Teleqraf.com xəbər verir ki, bunu politoloq Yeganə Hacıyeva deyib.

Ekspert Qarabağdakı Rusiya sülhməramlılarının artan hərbi təlimlərinə diqqət çəkib: "Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti daha bir döyüş hazırlıqlı təlim-məşq fəaliyyətləri həyata keçirib. Sülhməramlıların bundan öncəki, Laçın dəhlizinin PUA-lardan qorunması təlimindən fərqli olaraq, bu məşqlər onların müvəqqəti yerləşdiyi Azərbaycan ərazisi Qarabağdakı bütün postları - 27 postu əhatə edib. Bir sözlə, sülhməramlılar postlarının "təhlükəsizliyinin təmin edilməsi" üçün döyüş hazırlıqlı təlim keçirlər.

Əvvəlcə onu deyim ki, sülhməramlıların beynəlxalq hüquqla qəbul olunmuş və BMT-nin baza sənədləri ilə tənzimlənən əsaslarla hərbi təlim keçməsi nonsesdir. Hərbi təlimlər sülhməramlı fəaliyyətin fəlsəfəsinə yad, beynəlxalq hüququn sülhməramlılıq prinsiplərinə ziddir”.

Yeganə Hacıyeva Rusiya sülhməramlılarının bu hərbi təlimlərinin birmənalı olmadığını bildirib:

"İkincisi, Qarabağa müvəqqəti yerləşmiş sülhməramlılar başqa bir suveren dövlətin ərazisində öz postlarını kimdən qoruyurlar? Əgər 10 noyabr razılaşması ilə Qarabağdan çıxarılmalı olan terrorçu qruplaşmalara qarşıdırsa, özlərini çətinə salmasınlar, bunun üçün bizə bir neçə saat lazımdır.

Yox, əgər bu həmin terrorçuları müdafiə üçündürsə, yenə də özlərini çətinə salmasınlar. Qulaqlarının dibində gizlənmiş Xocavəndin Köhnə Tağlar və Çaylaqqala kəndlərindəki terrorçuları topladığımız kimi, onları da bir neçə saata toplayacağıq”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az