"Sülhü təmin etmək üçün ilk olaraq..." - Köçəryan


"Ermənistanla Azərbaycanın sərhədlərin qarşılıqlı demarkasiyası və delimitasiyası prosesinə başlamaq barədə razılığa gəlməsini nə təsdiq, nə də inkar edə bilmərəm. Ancaq deyə bilərəm ki, atəşkəsdən sonra tərəflər arasında məsləhətləşmələr aparılır və təbii ki, biz yeni mərhələyə keçməliyik”.

Miq.Az erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın hakim "Vətəndaş Müqaviləsi” partyasından olan deputat Andranik Köçəryan parlamentdə brifinq zamanı deyib.

Andranik Köçəryan əlavə edib ki, bundan sonra tərəflər gərginliyi azaltmaq və uzunmüddətli sülhü təmin etmək üçün qarşılıqlı barışıq prosesinə başlamalıdır.

O əlavə edib ki, bu proses geri dönməz olmalıdır.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az