Sumqayıtda sahibkarları soyurlar

Sumqayıtda sahibkarları soyurlar
Vətəninfo.az-ın redaksiyasına Sumqayıtda sahibkarlara qarşı törədilən qanunsuzluqlarla bağlı şikayət məktubu daxil olub. Məktubda Sumqayıt 2 saylı ərazi vergilər departamentinin rəisi Zaur Adilovun sahibkarlardan qanunsuz olaraq 500 manatdan 7000 manatadək pul tələb olunmasından söhbət açılır və buna etiraz edənlər cərimələnəcəkləri ilə hədələndkləri bildirilir. 
Məktubda daha sonra deyilir: Şəhərdə əksər sahibkarlara "pulu dövlətə deyil, bizə ver” deyirlər. Özünü vergi nazirinin qohumu kimi qələmə verən Elməddin adlı şəxs avtotəmir sexlərinə tapşırıq verib ki, ayda 100 manat verin, VÖEN-siz işləyin. 
41-ci məhəllədəki, 9 və 11-ci mikrayonlardakı moykalar, dükanlar, başqa obyektlər Elməddinə ayda 100 manat verirlər. O isə bu pulları rəis üçün yığdığını bildirir. 
Sumqayıtda vergi işçilərinin "krışalığı" da var. Ona görə də ayaqqabı təmiri, avto təmir sexlərində, bərbərxanalarda, oyun zallarında alqı-satqı, yəni ticarət gedir. Elməddinin nəzarətində olan ərazilərin 95 faizi VÖEN-siz fəaliyyət göstərir, yoxlama gələndə hamı obyektini bağlayıb aradan çıxır. Pensiya fondu idarəsi də işləməyə imkan vermir. Vergidə VÖEN-i bağlayırıq ki, vergi ödəməyək , amma Anar adlı SOBEZ işçisi hər ay 20 manatdan yığır və " mənlik deyil, müdirimiz Vəzir hər obyektə tas qoyub, dövlətə verməsən də olar, obyektin fəaliyyət göstərir bizə də hörmət etməlisən”, - deyir. Belə çıxır ki, biz yalnız Elməddin və Anar üçün işləyirik. 
Hörmətli redaksiya, xahiş edirik, bu problemin ictimailəşdirilməsində köməklik göstərəsiniz.

Vətəninfo.az






İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az