Suriyada daha bir azərbaycanlı muzdlu öldürüldü – FOTO

Suriyada daha bir azərbaycanlı muzdlu öldürüldü – FOTO

Suriyada İŞİD qruplaşmasının tərkibində Bəşər Əsəd qüvvələrinə qarşı döyüşən azərbaycanlı mücahid öldürülüb.

Dünən axşam saatlarında Hələbin cənubunda Fətih ordusunun rəhbərliyi altında "Əhraruş Şam”, "Nüsrət Cəbhəsi”, "Ecnaduş Şam”, "Ceyüş-Sünnə”, "Ceyşül İslam” və "Fəlyakuş Şam” qruplarının birgə iştirakı ilə hərbi əməliyyatlar keçirilib. 

Müxalif qüvvələrin tərkibində döyüşən iki qafqazlı İŞİD-çi əməliyyatlar zamanı həlak olub. Ölənlərdən biri Əbu Əli Azəri (Elşən) ləqəbli Azərbaycan vətəndaşıdır.
Əbu Əli Azərinin üç il öncə azərbaycanlı İŞİD-çi Rüstəm ƏsGərovla birlikdə Suriyaya getdiyi və orada bir qadınla evləndiyi bildirilib.

Həlak olan azərbaycanlı döyüşçünün Suriyalı qadından iki övladının olduğu qeyd edilib./Azvision.az/

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az