Suriyadan Qarabağa 250-dən çox erməni ailəsi köçürülüb

Suriyadan Qarabağa 250-dən çox erməni ailəsi köçürülüb

Böyük Britaniyanın BBC telekanalı Suriya ermənilərinin Ermənistan və Dağlıq Qarabağa köçürülməsi barədə reportaj yazıb.

Vətəninfo.az-ın məlumatına görə, Modern.az adıçəkilən telekanala istinadən xəbər verir ki, xristian ermənilər Yerevan və Gümrü ilə yanaşı, Dağlıq Qarabağ ərazisinə də yerləşdiriliblər.

Məlumatlara görə, Suriyada münaqişə başlayandan bəri Dağlıq Qarabağa 250-dən artıq erməni ailəsi köçürülüb.

Azərbaycan tərəfi bundan əvvəl dəfələrlə Qarabağa süni şəkildə Suriya ermənilərinin köçürülməsi məsələsini beynəlxalq platformalarda qaldırıb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az