Sürücüləri və ovçuları YENİ CƏZA gözləyir- Əgər bu cihazdan...

Sürücüləri və ovçuları YENİ CƏZA gözləyir- Əgər bu cihazdan...

Saytlarda antiradarlar satılır - Bu cihazları satanları nə gözləyir?

Bəzi saytlarda antiradarlar və balıq tutmaq üçün şok cihazı satılır. Bu cihazların istifadəsi qanunla qadağandır. İstifadə edən şaxslər barədə də ciddi cəza nəzərdə tutulub. Bəs görəsən həmin avadanlıqları satanları nə gözləyir?

Biri 160, digəri isə 120 manata...

Bəzi saytlarda vətəndaşlar tərəfindən antiradar və radar detektorlarının satışı barədə elan yerləşdirilib.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyevin "Xezerxeber"e verdiyi açıqlamaya görə, hər iki cihaz qanunla qadağan olunub. İstifadə edən sürücüləri isə yüksək məbləğdə cərimə gözləyir.

Kamran Əliyev deyib ki, antiradarlar radarların işinə mane olduğuna görə, radar detektorları isə sürücünün diqqətini yoldan yayındırdığı üçün qadağan edilib. Çünki, sürücü bütün diqqətini yol nişanlarına yox, yalnız həmin cihazdan gələn siqnallara yönəldir.

Saytda yerləşdirilən digər elan isə balıq tutmaq üçün istifadə edilən şok cihazı barədədir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirildi ki, bu cür cihazlar vasitəsilə balıq ovlamaq qadağandır.

Həmin şəxləri vurduğu zərərin miqyasından asılı olaraq həbs cəzası da gözləyir.

Hüquqşünaslar bildirirlər ki, bu cihazların yuxarıda sadalanan təyinatlar üzrə istifadəsi qadağan edilsə də, satışına heç bir qadağa yoxdur.

[video=http:// ]
Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az