Sürüşmə zonasında gərginlik qalmaqdadır - NAZİRLİK

Sürüşmə zonasında gərginlik qalmaqdadır - NAZİRLİK
Badamdar sürüşmə zonasında monitorinqlərin nəticəsinə əsasən gərginlik qalmaqdadır.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Miq.az-a verilən məlumata görə, saat 10:00-a olan monitorinqlərin nəticəsinə əsasən sürüşmə sahəsindəki süxur kütlələrinin yerdəyişməsi qeydə alınıb.
 
Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik müşahidə olunmayıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az