Sürüşmə zonasından köçürülən sakinlərə vəsait ayrıldı

Sürüşmə zonasından köçürülən sakinlərə vəsait ayrıldı
Sürüşmə zonasından çıxarılan 80 ailə – 390 nəfərə bu aydan etibarən müvəqqəti olaraq kirayə haqqı ödəniləcək. 

Oxu.Az xəbər verir ki, bunu Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib.
Onun sözlərinə görə, ərazidə araşdırma aparan mütəxəssislər həmin dağ yamacının altından iki yeraltı çayın axdığını müəyyən ediblər. 
"Bu çaylarda suyun səviyyəsinin dəyişməsi, eləcə də, yağıntıların səviyyəsinin artması sürüşməyə səbəb olan amillərdəndir. Artıq bu məsələ ilə bağlı Nazirlər Kabineti tərəfindən müvafiq qərar qəbul olunub. 
Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər qurumlarla birgə ərazidə araşdırma aparılır. Nəticə müəyyən olunanadək sakinlər kirayə haqqı ilə təmin olunacaq. Nəticə bəlli olduqdan sonra çıxarılan rəyə uyğun tədbirlər görüləcək”. 
E Əziziov qeyd edib ki, əgər ərazidə təhlükə davam edərsə, vətəndaşlara birdəfəlik kompensasiya verilərək ərazidən köçürülmə məsələlərinə baxılacaq.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az