“Şuşa”nın yanındakı bu məşhur restoranlar da sökülür

“Şuşa”nın yanındakı bu məşhur restoranlar da sökülür
Bakının Nərimanov rayonu ərazisində yerləşən məşhur "Şuşa” restoranı və ətrafındakı bir sıra obyektlər sökülür.

Axar.az-ın əldə etdiyi məlumata görə, həmin ərazidə yerləşən "Green cafe”, "Bakı restoranı”, "Ciyərxana” kimi obyektlər də söküləcək.

Nərimanov RİH-dən bu barədə sorğumuza cavab olaraq bildirilib ki, bu, onların səlahiyyətində deyil.

Maraqlıdır ki, "Şuşa” restoranının sökülməsi haqda məlumatı Nərimanov RİH yaymışdı. Görünür, parkın yarısı Nərimanov İH-in "səlahiyyətinə” aiddir, yarısı yox!

Xatırladaq ki, ötən gün Nərimanov Rayon İcra Hakimiyyətindən verilən məlumatda "Şuşa” restoranının ərazisinin park statusu daşıdığı, buna görə restoranın söküldüyü bildirilmişdi.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az