Tahir Budaqov Statistika Komitəsinin sədri postunda ilk qərarını imzalayıb

Tahir Budaqov Statistika Komitəsinin sədri postunda ilk qərarını imzalayıb
Azərbaycan Dövlət Statistika Komitəsi "Tibbi-Sosial Ekspert Komissiyasının fəaliyyəti haqqında” 7-TSEK №-li illik rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstəriş haqqında” qərarında dəyişiklik edib.

Qərarı komitənin yeni sədri Tahir Budaqov imzalayıb.

Dəyişikliyə əsasən, Tibbi-Sosial Ekspert Komissiyası yanvarın 20-dən gec olmayaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti fevralın 5-dən gec olmayaraq Dövlət Statistika Komitəsinə kağız və elektron formada www.stat.gov.az internet səhifəsində real-vaxt rejimində təqdim etməlidir.

Bundan sonra 7-TSEK №-li forma üzrə statistik hesabat ilkin Tibbi-Sosial Ekspert Komissiyaları (TSEK) tərəfindən tərtib edilir və ildə bir dəfə - yanvarın 20-dən gec olmayaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə təqdim edilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən həmin formalar əsasında respublika üzrə hesabat tərtib edilir və fevralın 5-dən gec olmayaraq Dövlət Statistika Komitəsinə təqdim olunur.

Nəzarət və ya şikayət qaydasında bütün müayinə hallarında əlillik dərəcəsi barədə bütün məlumatlar 7-TSEK №-li hesabat formasında bir dəfə - Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin son qərarına müvafiq olaraq göstərilir. Məsələn, TSEK əlilə üçüncü dərəcə əlillik müəyyən etmişdir, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti isə şikayət və ya nəzarət qaydasında bu qərarı ləğv etmiş və əlilə ikinci dərəcə əlillik müəyyən etmişdir. Bu halda əlil bir dəfə ikinci dərəcə üzrə hesaba alınır.

"Report”



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az