Tanınmış aktyor vəfat etdi
Türk kinosunun tanınmış aktyorlardan biri Sırrı Elitaş vəfat edib.
Vətəninfo.az AzVision.az-a istinadla xəbər verir ki, aktyor beyninə qan sızmadan 71
yaşında xəstəxanada dünyasını dəyişib. Ötən gecə həyatını itirən aktyor
bu gün anadan olduğu Ərzurumda torpağa tapşırılacaq.
Taksı sürücüsü kimi işləyən Sırrı Elitaş aktyorluğa təsadüfən
gəlib. Türk filmlərində əsasən mənfi obrazları canlandıran aktyor 600
filmdə çəkilib.
"Yeşilcam aktyoru” kimi tanınan Sırrı Elitaşın 2010-cu ildə kamera
qarşısında beyninə qan sızıb. 5 ildir müalicə alan aktyor ötən gecə
dünyasını dəyişib.