Tanınmış iş adamı icra başçısının qanunsuz əməllərindən şikayət etdi

Tanınmış iş adamı icra başçısının qanunsuz əməllərindən şikayət etdi

Legitim.az xəbər verir ki, son vaxtlar redaksiyamıza Nəsimi rayon İcra Hakimiyyətinin başçısının qansunsuz əməlləri ilə bağlı müraciət və şikayətlər artmaqda davam edir.

Heydərov Şamil Hilal oğlu tərəfindən ünvanlanan müraciət əsasında şikayəti sizə təqdim edirik.

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı və əməkdaşları tərəfindən xüsusi mülkiyyətim olan torpaq sahəsində özbaşınalıq edilərək zibilxana şəraiti yaradılmışdır. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mikrorayon qəsəbəsi, H.B.Əliyev küçəsi 8 ünvanında yerləşən torpaq sahəsi mənim xüsusi mülkiyyətimdədir.

Lakin Nəsimi rayon İcra Hakimiyyətinin başçısı buna məhəl qoymadan yaşadığım evin düz qarşısında xüsusi mülkiyyətim olan torpaq sahəsində iri zibil konstruksiyalarının yerləşdirilməsi üçün göstəriş vermişdir. Əslində isə bunu etməzdən əvvəl İcra Başçısı 51 saylı Mənzil Kommunal İstismar İdarəsinin rəisi Akif Quliyev vasitəsi ilə məndən külli miqdarda vəsait tələb etdi. Mən isə bu qanunsuz tələbə qarşı öz haqlı iradımı bildirərək həmin rüşvəti verməkdən imtina etdim. Həmin korrupsiya faktı ilə əlaqədar müraciət etsəm də Nəsimi Rayon Polis İdarəsi tərəfindən əsassız olaraq cinayət işinin başlanılması rədd edildi. Halbuki qanunun tələbinə əsasən həmin torpaq sahəsi mənim mülkiyyətimdədir və mülkiyyət toxunulmazdır.

Lakin Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən qanunun tələbi nəzərə alınmamaqdadır. Görünür həmin qurumun rəhbərliyi nə konstitusiyamızdan nə də qanunlarımızdan çəkinmir. Əgər belə olmasaydı bütün dünyada COVİD-19-koronavirus pandemiyasının yayıldığı bu dövrdə tam olaraq evimin qarşısında və xüsusi mülkiyyətimdə gigiyena qaydalarına zidd bir formada zibilxana şəraiti qurulmazdı.

Bütün dövlət rəsmilərinin karantin qaydaları tətbiq etdiyi bir vaxtda Nəsimi rayon İcra Hakimiyyəti isə infeksiya xəstəliklərinin mənbəyi-yuvası kimi zibilliyi evimin tam qarşısına yerləşdirmişdir. Bildirirəm ki, mən dövlətimizin büdcəsinə ən çox vergi ödəyən sahibkarlardan biriyəm. Hər zaman dövlətimizinqanunlarına riayət etmiş və dövlət başçımızın idarəçilik siyasətini hər zaman dəstəkləmişəm. Belə hesab edirəm ki, mülkiyyət hüquqlarımı kobud şəkildə pozub torpaq sahəmdə zibilxana şəraiti yaradan şəxslərə qarşı mütləq formada qanuni tədbir görülməlidir. Əks halda Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov və 51 saylı Mənzil Kommunal İstismar İdarəsinin rəisi Akif Quliyev hər pul tələb etdikləri şəxslərə qarşı cəza tələb edərək torpaq sahələrini zibil kombinanatına çevirəcəkdirlər.

Bununla bağlı qarşı tərəflə əlaqə yaratmağa çalışsaqda buna nail ola bilmədik, faktla bağlı qarşı tərəfində mövqeyini dinləməyə hazırıq.
 
 
 
 
 
 
 

Miq.Az

 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az