Tanınmış tədqiqatçi prezident İlham Əliyevə və baş nazirə müraciət etdi

 Tanınmış tədqiqatçi prezident İlham Əliyevə və baş nazirə müraciət etdi
Azərbaycan Respublikasının
 Elm, texnika, memarlıq, mədəniyyət və 
ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının
sədri, Azərbaycan Respublikasının Baş naziri 
Artur Rasi-zadəyə
 və komissiyanın üzvlərinə

AMEA-nın Memarlıq və İncəsənət
İnstitutunun Memarlıq abidələrinin
qorunması və bərpası  problemləri
şöbəsinin böyük  elmi  işçisi, dosent
(Telefonum:    +99450-510-00-57     və
Tağıyev Sabir Paşa oğlu
tərəfindən

Ə   R   İ   Z   Ə

Dövlət Mükafatları Komissiyasının çox hörmətli sədri, Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə və komissiyanın  üzvləri!

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında Fərmanı 28 mart 2016-cı il tarixdə imzalayan  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şəxsiyyətinə, onun imzaladığı  fərmanın məzmununa,  Dövlət Mükafatları Komissiyasının hörmətli sədri, Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadənin  və  komissiyanın 23 nəfərdən ibarət alicənab üzvlərinin xatirinə sizlərə müraciət etmək əzmindəyəm. 

Böyük elmi işçi işlədiyim Memarlıq və İncəsənət İnstitutda aldığım məlumat məni sevindirdi: yoldaşlar bildirdilər ki, Ərtəkin Salamzadə başda olmaqla  daha beş nəfərlə birlikdə "İçərişəhər” (əsərin  özünü görmədiyim üçün adında xətam varsa mənim günahım deyil) adlı kitabı çap etdiriblər və o kitabı artıq Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları komissiyasına təqdim ediblər. Memarlıq abidələrinin qorunması və bərpa problemləri şöbəsinin böyük elmi işçisi kimi onların əməli işlərindən elmi nəticələr əldə etmək üçün həmin kitabı əldə etmək istədim. Təəssüflər olsun ki, bu mümkün olmadı.Kitab mağazalarında və kitabxanalarda nə qədər axtarsam da onu tapa bilmədim. Hətta 22.04.2016 tarixdə saat on dörd qırx beşdə(1445-də) AMEA-nın Mərkəzi Kitabxana İnformasiya Resurslar Mərkəzində olub kitabların kataloqunda belə onu axtardım, tapa bilmədim. Məcbur olub kataloqlara nəzarət edən Əsmər adlı xanıma da kömək üçün müraciət etdim. O da maraqlandı və bildirdi ki, hətta həmin kitab indiyə kimi kitabxanaya belə təqdim olunmayıb. Təəccüb məni bürüdü: - AMEA Memarlıq və İncəsənət İnstitutunda ərsəyə gələn satış üçün kitab mağazalarına, kitabxanalara verilməyən, geniş elmi-ictimai rəy qazanmayan və AMEA-nın Mərkəzi Kitabxana İnformasiya Resurslar Mərkəzinə belə təqdim olunmayan  bir kitab, necə ola bilər ki, Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları komissiyasına təqdim olunsun? Özümdən asılı olmayaraq  Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları komissiyasınnın əsasnaməsini yenidən nəzərdən keçirməli oldum.Əsasnamənin  birinci maddəsindən məlum olur ki, komissiya ən yaxşı əsərləri qiymətləndirmək və yaradıcı ziyalıları müasir tələblərə cavab verən yüksək səviyyəli əsərlər yaratmağa təşviq etmək məqsədilə yaradılmışdır. Əsasnamənin"Əsərlər haqqında sənədlərin və materialların hazırlanması, onların təqdim olunma qaydası” başlıqlı II hissəsinin   20-ci  maddəsində  vəsatətlə birlikdə 2-5-ci bəndlərində qeyd olunan sənədlərin təqdim edilməsi tövsiyyə olunur: 

"20.2. hər bir namizədin əmək fəaliyyəti haqqında qısa məlumat və 4x6 sm ölçüdə iki ədəd fotoşəkil;…
20.4. elmi-texniki işlər üçün texniki və iqtisadi göstəricilər, tətbiqetmənin nəticələri, yayılma miqyası haqqında məlumat;
20.5. əsər və müəllifləri barədə mətbuatda dərc olunmuş rəy və tədqiqatlar (əsli və ya təsdiq olunmuş surəti).
Əsasnamənin 20.2.maddəsinintələbinə uyğun olaraq mükafata namizəd Ə.Salamzadə barədə diqqətinizə bəzi məlumatları çatdırmaq istəyirəm. Xahiş edirəm maraqlanın: - o, harda doğulub, orta məktəb illərində hansı familiyanı daşıyıb, Salamzadə familiyasını nə vaxtdan və necə alıb, institutda kiminlə evlənib, neçə Azərbaycan vətəndaşı olan övladı var, onlar müharibə aparan Azərbaycan ordusunda xidmət edirlərmi? Sonra özünüz qərar çıxardın: belə bir həyat yolu keçən və elm aləmində hansısa qara gözəgörünməz qüvvələrin sayəsində "korifeyə” çevrilən belə bir adam Azərbaycan elminə fayda verə bilərmi?Müəlliflərindən biriƏ.Salamzadfə  olan kitab Dövlət Mükafatına təqdim oluna bilərmi?Bir ağsaqqal ziyalı kimi mənə elə gəlir ki, tamamilə mümkün olmayan bir işdir.Ancaq gözəgörünməz qara qüvvələr buna cəhd edirləsə, onda onlar Azərbaycan elminə sağalmaz yaralar vuranlardır.

Əsasnamənin 20.4.maddəsinin tələbinə uyğun olaraq mükafata təqdim olunmuş bu kitabın tətbiqetmənin nəticələri, yayılma miqyası haqqında məlumat verək. Bir kitab ki,  çap olunaraq hansısa anbarda  saxlanılsın, heç bir elmi işçiyə göstərilməsin, onun geniş elmi-ictimaiyyət arasında dərin ictimai nüfuzu məlum olmasın, hansısa dar çərçivədə müzakirə olunaraq mükafata təqdim olunsun, o kimə lazımdır? Onu dövlət mükafatına təqdim etmək olarmı? Şəxsən mən bir tədqiqatçı kimi mükafata təqdim olunan "İçəri şəhər” (əsərin  özünü görmədiyim üçün adında xətam varsa mənim günahım deyil) adlanan kitabı  mağazalarda və kitabxanalarda nə qədər axtarsam da tapa bilməmişəm. Hətta 22.04.2016 tarixdə saat üçə on beş dəqiqə qalmış AMEA-nın Mərkəzi Kitabxana İnformasiya Resurslar Mərkəzində olub kitabların kataloqunda belə onu axtardım, tapa bilmədim. Naəlac qalıb "İçərişəhər” (əsərinizin özünü görmədiyim üçün adında xətam varsa mənim günahım deyil) adlı kitabın bir nüsxəsinin rəsmi qydada mənə verilməsi üçün  22.04.2016 tarixdə saat 2342-də(iyirmi üç qırx ikidə)   AMEA – Memarlıq və İncəsənət İnstitutunun electron ünvanına ərizə göndərdim.İnstitutumuzun saitində ərizə ilə direktora  müraciət etməyimə baxmayaraq 3 may 2016-cı il tarixinə kimi cavab verilmədiyindən, reaksiya olmadığından3 may 2016-cı il tarixli ərizəmi 4 may 2016-cı il tarixində  qeydiyyata aldırmaqla(qeydiyyat nömrəsi  57 – T - 39) direktordan xahiş etdim ki, "İçərişəhər” (əsərinizin özünü görmədiyim üçün adında xətam varsa mənim günahım deyil) adlı kitabın   bir nüsxəsinin rəsmi qaydada mənə verilməsi üçün göstəriş versin. Mən  dəonların  belə qabaqcıl təcrübələrindən bir yenilik öyrənə bilim. Həmçinin ərizəmdə 22.04.2016 tarixini də ona görə saxladım ki, mən həmin tarixdə ona  müraciət etmişəm. 6 may 2016-cı il tarixində kadrlar şöbəmizə gedib ərizəmin nəticəsini soruşduqda o bildirdi ki, ərizəmin üstü ümumi işlər üzrə direktor müavini Xəzər müəllimin üstünə yazılıb və həmin kitabın təqdimatı olanda veriləcək. Gülmək məni tutdu və dedim: Qızım həmin kitab indi mənə lazımdır, iş-işdən keçəndən sonar lazım deyil. 

Təəccüb məni bürüməsin neyləsin: - AMEA Memarlıq və İncəsənət İnstitutunda ərsəyə gələn satış üçün kitab mağazalarına, kitabxanalara verilməyən, geniş elmi-ictimaiyyət arasında müsbət  rəy qazanmayan və AMEA-nın Mərkəzi Kitabxana İnformasiya Resurslar Mərkəzinə belə təqdim olunmayan  bir kitab, necə ola bilər ki, Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları komissiyasına təqdim olunsun?Ancaq bu real həqiqətdə belədir.

Əsasnamənin 20.5. maddəsinin tələbinə uyğun olaraq əsər və müəllifləri barədə mətbuatda dərc olunmuş rəy və tədqiqatlar (əsli və ya təsdiq olunmuş surəti) komissiyaya təqdim olunmalıdır. Mükafata təqdim olunmuş kitabın müəlliflərindən biri olan  Ə.Salamzadənin əməli fəaliyyəti və onun nəticələri  barədə Komissiya üzvlərinə bəzi məlumatlar vermək istəyirəm:
1. 19.03.2014 tarixdə AMEA-nın prezidenti akademik A.Əlizadənin electron ünvanına - [email protected] Ərtəkin Salamzadənin əməlləri və mövqeyi barədə ətraflı məlumat verməyimə baxmayaraq ərizəmlə bağlı nə dəvət olunmuşam, nə qəbul olunmuşam, nə tədbir görülüb, nə də ərizəmə cavab almışam(əsli ərizəmə əlavə olunur);
2. 24 sentyabr 2014-cü il tarixdə "Elm” qəzetinəbağışlanılmaz nöqsanlarına görə "Reallığa xor baxanlar” başlıqlı yazımlz müraciət etmişəm. "Elm” qəzeti ərizəmi dərc etməsə də 26.09.2014 tarixli 17(1110) saylı nömrəsində yol verdiyi yanlışlığa görə üzr istəyib(qəzetin surəti ərizəmə əlavə olunacaq). Lakin həmin materialı  "TƏZADLAR” qəzeti 02.10.2014 tarixli 88(1959) saylı nömrəsinin 1, 11,13-cü səhifələrində"Elmlər Akademiyasında yeni qalmaqal”başlıqlı məqalə şəklində çap edib(əsli ərizəmə əlavə olunur);
3. 28.10.2014 tarixli "TƏZADLAR” qəzeti 97(1968) saylı nömrəsinin birinci səhifəsində yerli-yersiz töhmətlərlə əməkdaşları bezdirən direktorun ikinci qrup əlilə onun xəbəri olmadan töhmət verməklə bayram payını kəsməsi barədə müraciətim "Memarlıq və İncəsənət İnstitutunun direktorundan əcaib addım” başlıqlı məqalə şəklində verməklə  4-cü səhifəsində yekunlaşdırıb(əsli ərizəmə əlavə olunur);
4. 08.03.2016 tarixli "TƏZADLAR” qəzeti 10(2063) saylı nömrəsinin 9-cu  səhifəsindəYAP-ın ilk partiya təşkilatının institutumuzda yaradılması ilə bağlı ər-arvad blokunun əməli nəticələrini mənim müraciətim əsasında  "AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda görünməmiş qalmaqal” məqləsi kimi  çap edib(əsli ərizəmə əlavə olunur);
5. 08.03.2016 tarixli "TƏZADLAR” qəzeti 10(2063) saylı nömrəsinin 9-cu  səhifəsində "AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda görünməmiş qalmaqal” məqləsinə birinci ictimai rəy həmin qəzetin 29.03.2016 tarixində 15-ci səhifədə "Şəmkirdə Çar Rusiyası hökumətinə qarşı qaçaqlıq etmiş qadının məzarı tapılıb” kimi çap olunub(əsli ərizəmə əlavə olunur);
6. 08.03.2016 tarixli "TƏZADLAR” qəzeti 10(2063) saylı nömrəsinin 9-cu  səhifəsində "AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda görünməmiş qalmaqal” məqləsinə ikinci ictimai rəy həmin qəzetin 26.04.2016tarixində 14-ci səhifədə "Tanınmış alimə niyə şər atılır? (Şəmkir ziyalıları AMEA-nın elmi işçisi Sabir Tağıyevin müdafiəsinə qalxdı)” kimi çap olunub(əsli ərizəmə əlavə olunur);
7. 08.03.2016 tarixli "TƏZADLAR” qəzeti 10(2063) saylı nömrəsinin 9-cu  səhifəsində "AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda görünməmiş qalmaqal” məqləsinə üçüncü  ictimai rəy həmin qəzetin 03.05.2016 tarixində 14-ci səhifədə "Yaxşıların qədrini bilək("TƏZADLAR” qəzetinin redaksiyasına  Goranboydan məktub” kimi çap olunub(əsli ərizəmə əlavə olunur). 
8. Mənə olunan telefon zənglərdən bilirəm ki, hələ ondan çox rəy də Şəmkir, Qazax, Ağstafa, Tovuz, Goranboy və Gədəbəy rayonlarındakı Mədəniyyət və Turizm Şöbələrinin əməkdaşlarından qəzetin ünvanına göndərilib.
Qeyd etdiyimiz materialların hamısının əsliərizəmə  əlavəolunur. Belə bir el deyimi var yoldaşını göstər sənin kimolduğunu deyim. Əgər bu formada adamı müdafiə edib "korifey” sayanların da  yəqin ki, hardasa səhv mövqeləri olmamış deyildir.Ancaq kitabın üzünü görə bilmədiyim üçün bir söz deyə, rəy söyləyə bilmərəm.

Təcrübəli bir tədqiqatçı  kimiinstitut direktorunun "qabaqcıl təcrübəsindən” nümunə götürmək əzmində və marağında idim. Ancaq belə təcrübə Azərbaycan ordusuna dörd əsgər vermiş və indi isə 9 oğlan nəvəsi böyüdən, "Qızıl qələm” və "Xalqın nüfuzlu ziyalısı” mükafatlarına layiq olan, Respublikanın fəxri xeyriyyəçisi  olmaqla  Ufa və Kazan şəhərlərindən, Azərbaycanın Qərb rayonlarının Mədəniyyət və Turizm Şöbələrinin rəhbərlərindən  AMEA-nın prezidentinin və institutumuzun direktorunun ünvanlarına təşəkkür məktubları gətirdən, yaşadığı qəsəbənin Ağsaqqallar Şurasının sədri olan bir ziyalı alim üçün lazım deyil!!(şəkil ərizəmə əlavə olunur) Çox ehtimal ki, nəinki mənə, heç bir Azərbaycan vətəndaşına lazım deyil!!!

Odur ki, Ə.Salamzadənin rəhbərliyi ilə AMEA Memarlıq və İncəsənət İnstitutunda ərsəyə gələn, satış üçün kitab mağazalarına, oxunub-öyrənilmək üçün  kitabxanalara verilməyən, geniş elmi-ictimai rəy qazanmayan və hətta  AMEA-nın Mərkəzi Kitabxana İnformasiya Resurslar Mərkəzinə belə təqdim olunmayan, Dövlət Mükafatları komissiyasının qərarından sonar təqdimatı gözlənilən  bu kitabın  Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları komissiyasına təqdim olunması özü qatı bir cinayətdir.  
 
Çünki  Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları komissiyası  ən yaxşı əsərləri qiymətləndirmək və yaradıcı ziyalıları müasir tələblərə cavab verən yüksək səviyyəli əsərlər yaratmağa təşviq etmək məqsədilə yaradılmışdır.

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az