Tarixi şəxiyyətlərimizə yönələn bu qara piarın səbəbi nədir?
Kəbutər
Elektron potçumda ömrümüzün yola saldığımız qışından öncəki zamanında dost deyə biləcəyim adamdan bir mektub gəlıb. Salamsız kəlamı o zamandan kəsdiyimizdən bir cümləlık təqdimat: “Səfəvilər “kitabım işıq üzü gördü… Bakı. Qanun nəşriyyatı.
**
Güntay Gəncalpın “Səfəvilər” kitbının təqdimatından:
“Bu günə qədər tarix üzərinə tək tərəfli yanaşmalar və ona mədhiyələr yağdırmalar, yalnız ziyan vermiş və insanların tarix üzərinə düşünmə imkanlarını dondurmuşdur. Bu əsərdə Azərbaycan tarix elmi üçün bilinməyən “şüubiyyə” kimi yeni anlayışlar ortaya qoyulmuş və Səfəvilərlə şüubiyyə hərəkətinin əlaqələri geniş ölçüdə araşdırılmışdır. Kitabda Səfəvi kimliyinin doğuşu və iqtidara yüksəlişi fərqli bir bucaqdan incələnib dəyərləndirilmişdir.”
Cümlələrin quruluşundan bəllidir ki, təqdimat müəllifin öz qələmindən çıxıb. Amma “Qanun” nəşriyyatı çap etdiyi kitabın-ədəbiyyatın nəyə xidmət etdiyini bilir. Bilməz olarmı? Bu nəşriyyat Azərbauycanın kitab bazarında brend olmaq iddiasındadır və bu iddianı doğrulayacağı da göz önündədir.
**
“Səfəvilər”in müəllifinin fərqli bucağı nədir bilirsinizmi?
“Osmanlı ilə Səfəvini müqayisə edənlər tarix bilgisindən və tarixin doğurduğu nəticədən xəbərsiz olmalıdırlar. Osmanlı dünyanın başkəndi sayılan İstanbulu Türk ölkəsi etdi.. Səfəvi isə, Bayındırlı türk dövlətini devirib İran-fars ölkəsi etdi və Azərbaycan adında ölkənin var olmasına qarşı həm 1918-ci ildə qarşı çıxırdı, həm də indi.(?) (Əslində kitab Allah qoymasa guya Azərbaycan dilində yazılıb.)
Müəllifə Azəraycanın türk dünyasının mərkəzi olması haqqında tarix öyrətmək fikrinən uzağıq. Və bu tarixi o bizim hamımızdan gözəl bilir yəqin. Amma acı bir təssüf doğuranı odur ki, səlcuqların, elxanların, atabəylərin, qaraqoyunluların, səfəvillərin, və sairə və sairə ən möhtəşəm mədəniyyətlərin paytaxtı olan bir şəhərin, şanlı keşmişi ilə öyünən, bir neçə əsrlık həsrətin qibləsi olan Azərbaycançılığın Başkəndi Müstəqil Azərbycan Respublikasının paytaxtından belə təqdim edilir: “Təbrizin "inqilablar şəhri" adlandırılması onun nə qədər cahil bir keçmişə sahib olduğunu göstərər, aydınlığını göstərməz. İnqilab 1000 ildə, 4-5 yüz ildə bir yol olar. 20-30 ildə bir olmaz. İnqilabın bilgisi, teorisi, kitabı olmalıdır. Bunların heç biri yoxdursa, inqilaba qatılıan şəhər və ya şəhərlərin tarixi ağlına şəkk eləmək lazımdır. Böylə kitabsız bir tarixin "qəhrəman!"ı da Səttan Xan olar. Nə istədyini bilməyən, Səfəvi qaranlığının ötəsinə yüksəlməyən. Gerçək inqilab isə, aydınlanma hərəkətidir, Səfəvi sonrası tariximizdə bir an belə olmayan. Bu üzdən bu gündəyik.”
Əlbətdə bu üzdən yüz illərdir türkçülüyə, Azərbaycançılığa qarşı aprılan ideoloji yürüş, əsrlərlə sürən müstəmləkəçilik, işğal və savaşlar bizi durdurmadı. O qanlı savşlarda dilimizi qoruduq və formalaşdırdıq. O qanlı tarixdə öz qəhrəmanlıq səlnaməmizi yazdıq. Və çox təəssüf ki, bəzən, nadir də olsa bu millətin dünyaya gətirdikləri düşüncə və savaş sərkərdələri ilə yanşı, özgə tarixlərin küllüklərində eşələnməyi şərəf bilən bir iki nümunə də yetişdirdik…
**
“Əlisa Nicat, Əzizə Cəfərzadə, Asif Əfəndiyev kimi Quzey Azərbaycanın sözdə ziyalıları Azərbaycan dövlətçiliyini ortadan qaldıran Şah İsmayıl adında bir qatili, Səfəviyət adında qaranlıq dönəmi yüksəltmək üçün bütün türk tarixini aşağılamaya, özəlliklə Böyük Əmir Teymura böhtanlar atmağa məcbur olmuşlar.
İranın Azərbaycandan əlini kəsmək üçün onun ideoloji lideri və qurucusu olan, bir çoxlarının ağlını əsir alan Şah İsmayılı beyinlərdən təmizləyib uzaqlaşdırmaq lazımdır. Azərbaycan dövlətçiliyinə qarşı ən ciddi təhlükə insanların duyqularına sovetizmin girdirdiyi Şah İsmayıl obrazıdır.” Güntay bəy deyəsən rus dilini bilmədiyinə görə rus mənbələrini incələməyib və rus ideologiyasının Şah İsmayıl Xətaiyə münasibəti haqqında sadəcə öz qənaətini ortaya qoyub. Yoxsa sovet azərbaycanlısının yaşadığı və fəaliyyət göstərdiyi şəraitdən xəbəri olardı və anlayardı ki, yaddaşındakıları gündəmə gətirmək üçün hansı çətinlikləri keçiblər, nələr yaşayıblar və kimləri qurban veriblər.
Cahil dediyin bu xalq elə bir təfəkkür elə bir gücə sahibidir ki, 1000 ildə yetişəcək inqilablar vulkan kimi püskürmək üçün zaman gözləməyib. Qərbin öyrətdiyi o teorini, bilgini alt üst edib və heyrətini ifadə edə bilməyənlər “cahil” deyə pıçıldamağa məcbur olub. Bir qəhrəmanının adını çəkməklə bir kəndi son kişisinə qədər Sibirə sürən sovet represiyasının içində ədəbiyyat tariximizin Sah İsmayıl Xətai irsini öyrətməsi, Hüseyn Cavidin cənazəsinin Vəzən torpaqlarına gətirilməsi Təbrizdə baş verən inqilab qədər böyük bir iş idi. Hər gün bir düşünən baş kəsilirdi, hər gün bir düşünən beyin məhv edilirdi. Dühalar bir bir millətdən qoparılırdı. Və bu müəllifin qeyd etdiyi kimi sovetlerin Şah İsmayıla məhəbbətindən deyil, irfanına güclərinin yetməzliyindən qaynaqlanırdı.
**
“Şeyx Cüneytin və oğlu şeyx Heydərin dövründə Azərbaycan əhalisi kafir, yəni dinsiz elan edilir. Çünki qədim türk soyundan gəlmiş Azərlər sünni idilər.(vallah burda Güntay Gencalpın tarixi bilgiləri vulkan kimi necə püskürübsə “Kitabi Dədə Qorqud” da qalıb o vukanın külünün altında. Yoxsa sünni azərlər yazıb özünü bunca rüsvay etməzdi. ) Qızılbaşların isə münbit Azərbaycan torpaqlarında gözü var idi.”
“1514-cü ildə Şah İsmayılın anası Marta (Aləmşahbəyim) Osmanlı Türklərinin Bizans üzərindəki əhəmiyyətli qələbələrindən hiddətlənib İsmayılı Osmanlı üzərinə yürüş etməyə təhrik edir. Nəticədə Çaldıran döyüşü baş verir. Osmanlıların qələbəsi ilə başa çatan Çaldıran döyüşü isə tarixə ən qanlı döyüşlərdən biri kimi düşür.”
Bu da son. Nəhayət ki, bizim “Yeni tariximiz yazan müəllif” sözünün mustafasına gəlir. Tarixən Osmanlı - Azərbaycanlı qarşıdurması yaratmaq imperiyaların başlıca amalı olub və etiraf edək ki, bunu bacarıblar da. Osmanlı və Azərbaycanlı saraylarında yuva salmış ermeni missionerleri xüsusi bacarıq nümayiş etdiriblər bu sahədə. Ən böyük silahları isə Osmanlı - Qızlbaş savaşı olan Caldıran döyüşü olub. Bu tarixi faciəni planlayıb, həyata kecırıb və yararlanıblar əsrlərlə. Elə indi də yararlanmaq fikrindən əl götürməyiblər. Bu tendensiya bu gün də davam edir.
**
“Səfəvilər hızla başlayıb, hızla da yox oldular. Qızılbaşlar özlərindən heç bir miras buraxmadan tarixdən çəkildilər, həm də çox acıverici şəkildə çəkildidlər. Qurduqları dövləti İranlaşdıraraq çəkildilər. Türküstan və Anadolu arasında ideolojik bir sınır oluşduraraq tarixdən çəkildilər. Azəbaycan türklərini İrani kimliyə təslim edərək çəkildilər. Tarixdə belə bir örnək olmamışdır. Min fədakarlıqla dövləti qurub başqa etnosa buraxmaq örnəyi, yalnız qızılbaşlara özgüdür. Səfəvilərdən miras qalan sadəcə yas və ağlaşma, şaxsey-vaxsey törənləri oldu. Bir daşı daşın üstünə qoyub yapdıqları bir şey olmadı. Bayındırlıdan və əskilərdən nə qədər mematlıq abidələri vardısa, hamısını yox etdilər. Sanki Azərbaycanı yox etməklə görəvlənmiş bir hərəkət imiş. Ölkəni imamzada məzarları ilə doldurub yoxa çıxdılar.” Tarixi bilgisi bu qədər bəsit birinin tarixi araşdırma aparması qədər gülünc olan nəsə varmı? AZərbaycandakı imamzadələrin yaranma tarixi haqqında orta məktəb ıagirdindən soruşsan kifayət qədə bilgi əldə edə bilərsən. Səamvi dinlər meydana gəldikcə və bir birini əvəz etdikcə səcə qaldığı məkanları qouryub saxlamaq məqsədi ilə İmamzada adlandıran Azərbycanlıları təbii ki, bu xalqın yapısına bələd olmayan kimsə anlay bilməz. Necə deyərlər, eşqi aşiqdən sorun. ( Azərbaycanda ən son 1918-ci il işğalından azad etmək ücün döyüşə girən türk ordusunun şəhid əsgərlərinin məzarını ruslardan qorumaq ücün bu üsuldan istifadə edirdilər.)
**
“Düşüncəsi qapatılmış sürülərin bir mollanın əmri ilə başyarmaları, sinə vurmaları, sürülər biçimində ağlaşmaları və nədən ağlaşdıqlarını sormamaları normal olacaqdı. Şüubiyə şəriəti üzərinə təsis edilən Səfəvi dövlətinin onun qurucusu olan qızılbaşların əlindən bu qədər asanca çıxmasının macərası budur.”
Bu da sözün bitdiyi yerdir. Müəllifə Allah rəhmət eləmiş, məzarları nurla dolmuş ataların dilindən bir mesaj verək bəlkə: “Sürü geri dönəndə çolaq qabağa düşər”.
**
…Az qala bir aydır ədəbi müstəvi qaynar qazana dönüb. AYB-nin sədrinin yazdığı həcv hamını bir - birinə qatıb. Gənclərin çəpk calıb alqış tutanı, qələmini itiləyib ədəbi müstəvinin AYB yerləşən hissəsində bardaşquranı, fəlakət quşu kimi o cəbhədən bu cəbhəyə qanad çalanı. Doğurdan fəlakətdi, gör kimlər girib meydana.
Rəşad Məcid- jurnalistlərin ən səmimi media kapitanı kimi tanıdığı, üstəlik, AYB – nin gənclər üzrə katibi.
Əkrəm Əylisli- “Mənim nəğməkar bibim”in atası.
Aqil Abbas- Azərbycn ədəbiyyatında “Batman qılınc”ını çalıb ömrümüzün yazında “Dolu” tökən yazar.
Sabir Rüstəmxanlının da münasibətini də yayımladılar. “Ömür kitabı”nın –ömür kitabımızın yazarı, qan yaddaşımızın ifadəçisi.
Anarın kiminsə müdafiəsinə ehtiyacı yoxdur. Heç bir yazarımızın yoxdur. Baxmayaraq ki, gənclərdən bəziləri qaşlarını çatıb mən Anarı çox yüksək qiymətləndirirəm deyə reklam agentliklərinə poza - filan verir. Qəzetlərin də, agentliklərin də şükür Allaha ədəbi müstəvini şou meydanına çevirmək cəhdi pis alınmayıb.
Günün ən qızğın dartışmasından kənarda qalmaq istəməyənlər hələ qınamaqda, günahlandırmaqda, çəpik çalmaqda, diş ağartmaqdadılar. Ədəbi müstəvidə fırtına qopub.
Amma bu imza shiblərinin niyə Bakı Şeir Məclisinin rəhbəri Şahin Fazilin Xətai haqqında çap etdirdiyi kitabdan xəbəri yoxdur, Hollandiyada, Norveçdə, Amerikada, Farnsada Azərbaycan – Türkiyə qarşıdurması yaratmağa çalışan qüvvələrin xəbəri var amma. Və hətta etiraz edəndə ordakı sitatları adamın gözünə soxurlar ki, bax Bakıda çıxıb, adam Azərbaycan Milli Elmlər Akademiyasında çalışır və sairə.( Şahin Fazil Həmin institutda kiçik elmi işçi (1973-1983), böyük elmi işçi (1983-1996) olmuşdur. Hazırda aparıcı elmi işçidir 1996-cı ildən)
Yox əgər bu tozanağın içərisində nəfəs alıb oxumuşam deyəcəklərsə “Qanun” nəşriyyatının İsgəndər Palasından (Şah və Sultan), Güntay Gəncalpından (“Səfəvilər”) xəbərləri varsa, onda niyə susurlar? (yazının işıq üzü görməsi ləngidi bəzi səbəblərdən və o zamana qədər çevikliyi ilə həmişə nümunə olan Şahbaz Xuduoğlu açıqlama verdi ki, narahat olanlar, qınaq yazıları əvəzinə yenə kitab yazıb ortaya qoysunlar. Şahbaz Xuduoölu: Bu yaxınlarda Səfəvilər (səfəvilərə yeni baxış) adında Guntay Gencalpin yeni kitabını nəşr etdik. Kitab tarixçilər və tarixlə maraqlananlar arasında bir çaxnaşma yaradıb. Kitabdakı fikirlərlə razılaşmayanlar zənglərlə nəşriyyatı topa tuturlar, özümə zəng edib saysız hesabsız iradlar bildirirlər. Yerində səslənən iaradlarla razılaşıram, iradların ünvanı düzgün olmalıdır. Ortalıqda kitab var, bununla razılaşmayan yeni bir kitab yazsın. Digər tərəfdən çox sevinirəm ki, ən nəhayət kitablar ətrafında da diskussiya başladı, amma xahiş edirəm ki, bunu elə diskussiya formasında da saxlasınlar, bundan şantaj vasitəsi kimi istifadə etməsinlər. Tarixə fərqli münasibətlərin olması tam təbiidir, əsas odur ki, bu fərqli münasibətləri göstərmək üçün mövzular tapılsın, kitablar yazılsın. Kimin bu kitaba iradı varsa yazıyla cavab versin, istərdim ki, Prezident təqaüdü alan tarixçilərimiz indi oturub cavab yazsınlar, fars, ərəb, türk və avropa mənbələrinə istinad edərək, və mən o kitabı məmnuniyyətlə çap edərəm. Axı onlar o təqaüdü yalnız yaşamaq üçün deyil, həm də yazmaq üçün alırlar.
Bu özünümüdafiə keçərli deyil Şahbaz bəy! Sizin yaratdığınız diskussiya Azərbaycanın tarixi şəxsiyyətlərinə hücuma dəstək və meydan vermək metodu ilə start götürübsə(?) bu qara və iyrənc piarın başqa səbəbi var, mütləq. Babək sapıq, Xətai uşaqbaz, Şəms Təbrizi gey... Kim qaldı əcəba???
“Qanun” nəşriyyatının direktoru “Ömür kitabı”nın -90-cı illərin gəncliyinin Ömür Kitabının müəllifi Sabir Rüstəmxanlının qardaşıdır. Söz konusu Azərbaycan, torpağımızın tarixi və şərəfi olursa hamımız bir Xalqın övladıyıq, qüsura baxmayın. …
**
…Sarı mətbuatın KİV müstəvisində qaldırdığı tozanağın çəkilməsi xeyli vaxt apardı. Və bu xaosda indi ədəbi müstəvidə meydan sulayan xeyli sayda qələm sahibləri yetişdi. Bütün qutsal duyğuları bir qələmdə silməyi bacaran, mənəviyyat dəllalları formalaşdı.
Söz bazarı sərraflarla alverçilərin yanaşı durduğu məkana cevriləndə dəllallar zənginləşər. Zəngini dəllal olan xalqın aqibəti xeyir olmaz.