Təcili: Erməni kəşfiyyatı hücuma keçdi- Düşmən geri otuzduruldu, 1 nəfər əsir götürüldü
Dövlət sərhədində Ermənistanın kəşfiyyat-diversiya qrupunun təxribatının qarşısı alınıb
Müdafiə Nazirliyindən Miq.Az-a verilən məlumata görə, iyulun 15-i səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində düşmənin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib.
Bölmələrimizin sayıqlığı nəticəsində düşmənin təxribat cəhdinin qarşısı alınıb və itkilər verərək geri çəkilməyə məcbur edilən qrupun bir üzvü əsir götürülüb.
Özünün bildirdiyinə görə o, 1984-cü il təvəllüdlü Karen Kazaryandır.
Hadisə zamanı Azərbaycan Ordusunun bölmələri itki verməyib.
Miq.Az