"Təəssüf ki, Rusiya ilə müharibə uzaq perspektiv deyil"
Gürcüstanın NATO-ya daxil olması Abxaziya və Cənubi Osetiyadan imtina etmək deyil.
Axar.az xəbər verir ki, bunu Gürcüstan mətbuatına açıqlamasında ekspert Vaxtanq Maisaya söyləyib. Onun sözlərinə görə, Gürcüstanın NATO-ya daxil olması, həyati əhəmiyyət daşıyır:
"2008-ci il müharibəsi göstərdi ki, Rusiya tam şəkildə Gürcüstanı işğal edə bilər və hətta anneksiya belə istisna deyil. Təəssüf ki, Rusiya ilə müharibə uzaq perspektiv deyil. Tiflis onsuz da müharibə şəraitindədir”.
Miq.az