Təhsil Nazirliyi “fətullahçı”lara məxsus 1669 tədris qurumunu bağlayır

Təhsil Nazirliyi “fətullahçı”lara məxsus 1669 tədris qurumunu bağlayır
Türkiyə Milli Təhsil Nazirliyi "Fətullahçı Terror Təşkilatı”na (FETÖ) məxsus olan 939 özəl məktəb, 449 tələbə yataqxanası və 284 digər qurumu bağlamağa hazırlaşır.

Ümumilikdə 1669 özəl təhsil qurumu qapadılacaq. Nazirlik indiyə qədər 800-ə yaxın özəl məktəbin bağlanması ilə bağlı yazılı təlimatı vilayətlərə göndərib.

Həmin məktəblərdə çalışan 27 min 157 təhsil işçisi və digər personalın çalışma iznləri ləğv edilib. Bu şəxslərin Təhsil Nazirliyi sistemində çalışmasına icazə verilməyəcək. /Apa.az/ 


Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az