Telekanalara çəkiliş qadağası

Telekanalara çəkiliş qadağası

PFL görüntüləri satacaq.

Premyer Liqanın ilk turunda keçirilən qarşılaşmaların televiziya vasitəsilə canlı yayımlanmayacağı barədə xəbər vermişdik.

Çempionatın yayım hüququna yiyələnən PFL telekanalların oyunlardan çəkiliş aparmasına da icazə verməyəcək. Telekanallar görüntüləri əldə etmək üçün PFL-ə pul ödəməli olacaqlar.

Lakin telekanalların ödəniş edəcəyi halda belə çəkilişinə şərait yaradılmayacaq. Bu isə o deməkdir ki, PFL “məsləhət” bildiyi kadrları telekanallara göndərəcək.

sportal.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az