TeleQovşaq rəisi provayder bazarı açıb - Sumqayıtda

TeleQovşaq rəisi provayder bazarı açıb - Sumqayıtda

Sumqayıt TeleKommunikasiya Qovşağının rəisi Akif Əsgərovla bağlı yeni xəbərlər var.

VİZUAL.az-a daxil olan məlumata görə, A.Əsgərov dövlətin internet provayderi olan "Aztelekom.Net” ə məxsus genişzolaqlı internet xidmətinə (ADSL) qoşulmaq istəyən abunəçilərin sayının azalmasında xüsusi rola malikdir.

Belə ki, Sumqayıt TKQ rəhbərinin marağı özünün 10% şərik olduğu özəl olaraq yaradılan "Qlobal Network” MMC internet provayderinədir. Nəzərinizə çatdırım ki, bu şirkətdə payı olan şəxslərdən Məhəmməd Məmmədov, Zahir Vəliyev və Mehman Həsənovun da adı var.

"Qlobal Network” internet provayderinin 2012-ci ildə Sumqayıt ATS – lərində avadanlıqları quraşdırılsa da, heç bir halda reklamı olmayan və heç kimin tanımadığı provayder kimi fəaliyyət göstərmişdir. 2014-cü ilə qədər bu provayderə Sumqayıt şəhərində təxminən 150-200 -ə yaxın abunəçi cəlb olunmuşdur.

Məhz Sumqayıt TKQ-nin rəisi 2014-cü ildən bu şirkətin 10%-nə şərik olduqdan sonra bu provayderdə dirçəliş baş verdi. Belə ki, şərik olmasının hələ 1 ili tamam olmayan internet provayderinin hazırda Sumqayıt şəhərində artıq 1000-dən çox abunəçiyə sahib olması heç kimə sirr deyil.

Məlumunuz olsun ki, Sumqayıt şəhərində dövlətə məxsus olan "Aztelekom.Net genişzolaqlı internet xidməti (ADSL) də fəaliyyət göstərir. Bu provayderin xidmətindən istifadə etmək istəyən yuzlərlə insanlar Sumqayıt TKQ-nin idarəsindəki abunə şöbəsinə daha dəqiq desək internet şöbəsinə müraciət etdikləri halda özləri də bilmədən Sumqayıt TKQ rəisinin şərik olduğu "Qlobal Network” MMC –yə abunə olunurlar.

Dövlət provayderinə rəqib olmaqla yanaşı dövlətə məxsus olan idarədə məhz Sumqayıt TKQ-nin işçisi tərəfindən "Qlobal Network” MMC internet provayderinə abunəçilərin cəlb olunması nəticəsində bu provayderdə çoxlu sayda istifadəçi artımı baş vermişdir. Belə olduqda yeni yaradılan MMC – nin balansına külli miqdarda vəsaitin daxil olmasına şərait yaradılmışdır.

Nəticədə isə, dövlət provayderinə hər gün ciddi ziyan dəyir, dövlət provayderinə qoşulmaq istəyən abunəçilərin sayı azalır, Qovşağın xəzinəsinə internetdən daxil olan vəsaitin də miqdarı azalır, işçilərin maaşında gecikmələr çoxalır və s.

Vəziyyət o yerə çatib ki, işçilərin bir hissəsi aylıq əmək haqlarını bank kartları olduğu halda bankomatdan deyil, idarənin xəzinəsindən alırlar. Yaranan bu kimi nöqsanlara isə, dövlət tərəfindən təyin olunan və dövlətin idarəsində rəhbər vəzifə tutan Sumqayıt TKQ-nin rəisi Akif Əsgərov bilərəkdən şərait yaradır.

Sumqayıt Mәrkәzi poçtunda hәrgün "Qlobal Network” MMC provayderinә yeni qoşulmalar verilir. Yoxlamaq üçün yaxınlaşıb Qlobal Network provayderinә qoşulmaq adıyla yoxlaya bilәrsiz.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az