Teleqüllə yaxınlığında yeni çatlar yaranıb

Teleqüllə yaxınlığında yeni çatlar yaranıb
Bakı Televiziya Qülləsi yaxınlığındakı sürüşmə sahəsində mövcud vəziyyət açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya bildirib ki, "Teleqüllə” sürüşmə sahəsi aktiv fazadadır.
Onun sözlərinə görə, hazırda onlar ərazidə araşdırmanı davam etdirirlər: "Çatlar üzərində mayaklar quraşdırılıb. Ərazidə yeni çatlar əmələ gəlib. Müəyyən yerlərdə artıq çatların eni 1 metr 40 santimetri ötüb”.
Ə. Qaralov qeyd edib ki, sürüşmə sahəsinə aidiyyəti dövlət qurumları tərəfindən nəzarət edilir.
Qeyd edək ki, "Teleqüllə” sürüşmə sahəsi – Teleqüllədən 200-250 m cənub – şərqdə yerləşir. Sürüşmənin baş verməsinə atmosfer yağıntıları və sahənin aşağı hissəsində tikinti işləri aparılan zaman yamacın şaquli kəsilməsi səbəb olub. Sürüşmə sahəsində 7 metr dərinliyində, 1 metr enində çatlar yaranıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az