“Təmas xəttinə elə bir Amerika sistemi yerləşdirmişik ki..” – Erməni general
"Dağ tülküsü”ndən yeni sərsəmləmələr
Şuşanın işğalı əməliyyatına rəhbərlik etmiş "Dağ tülküsü” və "Komandos” ləqəbli Arkadi Ter-Tadevosyan erməni mediasına müsahibəsində təmas xəttinə yerləşdirilən yeni hərbi texnologiyalardan danışıb.
Azərbaycan 24 xəbər verir ki, işğalçı general aprel savaşından sonra Qarabağda təmas xəttinə çoxfunksiyalı Amerika hərbi sisteminin yerləşdirildiyini bildirib. Tadevosyan əlavə edib ki, bu xüsusi sistemlər Amerikalılar tərəfindən ermənilərə verilib. O, texnologiyanın adını çəkməsə də yalnız az sayda ölkənin bu sistemə malik olduğunu deyib.
Tadevosyanın sözlərinə görə Amerika istehsalı olan hərbi sistem gecə-gündüz qarşı tərəfin texnikasını və bütün manevrlərini nəzarətdə saxlamaqla eyni zamanda 10 funksiyanı icra edir.
İşğalçı general rəsmi Bakının müvafiq hərbi sistemin Qarabağda yerləşdirilməsinə etiraz etdiyi, lakin buna məhəl qoymadıqlarını da iddia edib
Miq.Az