Ter-Petrosyan Qarabağa yollandı-Bako Saakyanla görüş

Ter-Petrosyan Qarabağa yollandı-Bako Saakyanla görüş

Bu gün səhər tezdən Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan Dağlıq Qarabağa yola düşüb.

Virtualaz.org bildirir ki, bu məlumatı armtimes.com saytı verib.

Xankəndində o, Qarabağ separatçılarının başçısı Bako Saakyanla görüşməlidir.

Qeyd edək ki, dörd günlük müharibədən dərhal sonra fəaliyyətdə olan prezident S.Sarkisyan özünün barışmaz rəqibi, devrilməsində bilavasitə iştirak etdiyi L.Ter-Petrosyanla məsləhətləşmələrə başladı.

L.Ter-Petrosyan Qarabağ münaqişəsinin həlli üzrə konstruktiv təklifləri ilə Qarabağ klanının, o cümlədən S.Sarkisyanın tənqid hədəfinə çevrilmişdi.

Keçmiş prezident Dağlıq Qarabağ ətrafında işğal olunmuş ərazilərin qaytarılmasında israr edirdi.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az