Terrorçuluğa açıq çağırış etmiş şəxslər barədə 21 cinayət işi başlandı: 3 nəfər həbs edilib

Terrorçuluğa açıq çağırış etmiş şəxslər barədə 21 cinayət işi başlandı: 3 nəfər həbs edilib
Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin həyatına sui-qəsddən sonra terrorçuluğa açıq çağırış etmiş şəxslər barədə 21 cinayət işi başlanıb, 3 şəxs həbs edilib.
 
Miq.az-ın hüquq mühafizə orqanlarından əldə etdiyi məlumata görə, digər şəxslərin müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Terrorçuluğa açıq çağırışlar etmiş və Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan şəxslər beynəlxalq axtarışa verilib.
Qanunsuz hərəkətlərə çağırış etmiş 25 şəxs barəsində inzibati həbs tədbiri seçilib. 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az