Erməni biznesmendən Qarabağa 30 milyon avroluq hədiyyə - VİDEO
İsveçrənin "Franck Muller” saat şirkətinin baş
direktoru və Ermənistanın Marsel şəhərindəki baş konsulu Vardan Sirmakeş
Dağlıq Qarabağa 30 milyon avro investisiya yatırıb.
Vətəninfo.az Modern.az-a istinadla xəbər verir ki, ötən gün separatçi rejimin baş naziri Ara
Arutunyanla birlikdə Ağdərənin cəbhə xəttinə yaxın yerləşən Madagiz
kəndinə səfər edən Sirmakeş onun investisiyaları hesabına tikilən
balıqartırma müəssəsinə baş çəkib. Müəssisədə qurulan xüsusi
avadanlıqlar nərə balığı və qara kürü istehsalı üçün nəzərdə tutulub.
Separatçılar 2018-c ildən nərə balığı, 1 il sonra isə qara kürü ixracına başlamağı planlaşdırırlar.
Bundan başqa, diaspor ermənisi Tərtər çayı üzərində inşa etdirdiyi 5
meqavat gücündəki Su Elektrik Stansiyası ilə də tanış olub.
Vardan Sirnakeş 1956-cı ildə Türkiyənin İstanbul şəhərində zərgərliklə
məşğul olan erməni ailəsində anadan olub. 1974-cü ildən isə İsveçrədə
yaşayır. "Franck Muller” şirkətinin baş direktoru kimi Ermənistan və
Belarusda saat zavodları var.