“Texnika Bank” da bağlandı-Mərkəzi Bankdan qərar

“Texnika Bank” da bağlandı-Mərkəzi Bankdan qərar
Azərbaycanda daha bir bankın lisenziyası ləğv olunub. 

Məlumata görə, Mərkəzi Bank ötən gün keçirilən iclasında "Texnika Bank”ın lisenziyasının ləğv olunması ilə bağlı qərar qəbul edib və gün ərzində AMB-nin rəsmi qərarı açıqlanacaq.

"Texnika Bank” Müşahidə Şurasının sədri Etibar Əliyev "qafqazinfo.az"-a bildirib ki, dövlət orqanları qərarı nə olacaqsa, ona hörmətlə yanaşacağıq: "Bir müddət əvvəl bankın dirçəldilməsi ilə bağlı qərara necə hörmətlə yanaşmışdıqsa, bu dəfə elə olacaq. Amma bankın lisenziyasının ləğv edilməsi barədə məlumatım yoxdur. Rəsmi qurumun qərarını gözləmək lazımdır”.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az