Təyyarələrdə silah daşınmasına Ramin Quluzadə icazə verəcək

Təyyarələrdə silah daşınmasına Ramin Quluzadə icazə verəcək

Nazirlər Kabineti "Mülki və eksperimental hava gəmilərində daşınmasına icazə verilə bilən hərbi avadanlığın (ləvazimatların) siyahısı”nı təsdiq edib. 

 Nazirlər Kabinetinin 30 yanvar 2009-cu ildə təsdiqlənmiş qərarına əsasən, mülki və eksperimental aviasiyası hava gəmilərinin hərbi avadanlığın (ləvazimatların) daşınması üçün istifadəsi Dövlət Mülki Aviasiya Administrasiyasının razılığı ilə həyata keçirilməli idi. 

Dəyişikliyə əsasən, bu sahədə səlahiyyət birbaşa Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə verilir. 

Xatırladaq ki, "Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər" haqqında Azərbaycan Respublikası Prezidentinin 12 yanvar  2018-ci il tarixli fərmanı ilə Administrasiya Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi kimi nazirliyin strukturuna daxil edilib. Ancaq son qərara əsasən bu səlahiyyət Dövlət Mülki Aviasiya Agentliyinə deyil, birbaşa nazirliyə verilir./BakuPost/

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az