Tez və sağlam uzanan saçlar üçün məsləhətlər

Tez və sağlam uzanan saçlar üçün məsləhətlər
Uzun saçlar qadın üçün əhəmiyyətli bir aksessuar kimidir. Hər qadının saçı eyni sürətdə uzanmır. Bəzi qadınların saçı tez uzanarkən, bəzilərinin isə saçı gec yada kifayət qədər uzanmaz. 

 80 q. Kəklikotu 1 lt. Suda 3-4 dəqiqə qaynatdıqdan sonra süzün. Saç diblərini massaj edərək yuyun. Qəhvəyi saçlar kəklikotu çayı ilə saçlarını yuyarsa rənglərini qoruyar və parlaqlıq qazanar.

 Gündəlik müntəzəm olaraq ispanaq və keşniş suyunu eyni miqdarda qarışdırıb için. Ayrıca saç dərisinə badam yağı ilə edəcəyiniz masaj həm saçlarınız tökülməsinin qarşısını alacaq, həm də daha sağlam uzanmasına yardımçı olacaqdır.

 Bir ədəd turpu rəndələyib suda yarım saata qədər bişirib, süzün. Əldə etdiyiniz turp suyuna yumurta sarısı əlavə edib, yaxşıca çalın. Sıyıq halına gəldikdən sonra saçlarınızı ovaraq yuyun.

 Bu maskamız tünd rəngli saçlara sahib olan xanımlar üçün.
 
İçində su qaynayan geniş bir qazanının içinə daha kiçik bir qab qoyun. Yarım çay fincanı duru yağı, 1 xörək qaşığı kakao yağını, 1 xörək qaşığı susuz lanolini bu iki qabın içində əridin. Bütün bu yağlar əriyəndə, qabı qaynar suyun içindən götürün və qarışığı yaxşıca çalın.
 Bu qarışıqdan 1 xörək qaşığı alaraq 1 xörək qaşığı su qatın və saçınıza çəkin. Bu vəziyyətdə 15 dəqiqə ilə yarım saat gözləyin. Sonra saçınızı yuyub yaxalayın.
Bu müalicəvi maska tünd rəng saçlara yeni bir canlılıq və parlaqlıq verir.
qadin.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az