Tibb Universitetinin rektorundan humanitar təşəbbüs

Tibb Universitetinin rektorundan humanitar təşəbbüs

Hər il Azərbaycan Tibb Universitetinin (ATU) rektoru Gəray Gəraybəylinin təşəbbüsü ilə ATU-da təhsil alan valideyn himayəsindən məhrum olmuş, maddi durumu aşağı olan, Qarabağ əlili və şəhid ailəsi övladlarına pulsuz Excimer əməliyyatı icra olunur.

Əməliyyatı yerinə yetirən oftalmoloq-həkim Qurban İsmayılov bildirib ki, xeyriyyə aksiyası artıq 4 ildir ki, davam edir:

"Əməliyyatlar Tibb Universitetinin Tədris Cərrahiyə Klinikasında aparılır. Bu il aksiyaya yenilik edilib. Həm Tibb Universitetində, həm də başqa universitetdə təhsil alan tələbələrin Excimer əməliyyatı icra olunub. Aprelin 28-də mərhum oftalmoloq, akademik Zərifə Əliyevanın doğum gününə həsr olunmuş humanitar xeyriyyə aksiyasına start verilib. Bu münasibətlə 14 tələbə əməliyyat olunub.

Mayın 10-da isə Ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə 24 tələbəyə Excimer əməliyyatı icra olunacaq. Əməliyyat olunan tələbələrdən 8-i başqa universitetin, 16-si isə Tibb Universitetinin tələbələridir”.
 
İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az