Tibb Universitetinin yeni rektoru dahi aktyorun nəvəsi imiş

Tibb Universitetinin yeni rektoru dahi aktyorun nəvəsi imiş

Xəbər verildiyi kimi, respublikanın baş psixiatrı Gəray Gəraybəli dünən Azərbaycan Tibb Universitetinə rektor təyin olunub. 48 yaşlı yeni rektor  ictimaiyyətə daha çox tibb mütəxəssisi kimi təqdim olunub. 

Miq.az Cebhe.info-ya istinadən xəbər verir ki,  Gəray Gəraybəylinin tərcümeyi-halı ilə bağlı daha bir maraqlı məqam var. Belə ki, məlumata görə, o, Azərbaycanın dahi teatr və kino aktyoru, korifey sənətkar Ağasadıq Gəraybəylinin nəvəsidir. Hətta onun uşaqlığı və gənclik həyatı da Ağasadıq Gəraybəylinin BülBül prospekti ilə və Xaqani küçələrinin kəsişməsində yerləşən evində keçib. Qeyd edək ki, Gəraybəlilər  Azərbaycanda adlı-sanlı nəsillərdən hesab edilir.
 
Gəraybəyli Gəray Çingiz oğlu, 1967-ci ildə Bakı şəhərində anadan olub. 1984-cü ildə orta məktəbi qızıl medal ilə bitirib və həmin ildə Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub. 1992-ci ildə Azərbaycan Dövlət Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib. 1992-ci ildən 1993-cü ilədək Azərbaycan Dövlət Tibb Universitetinin psixiatriya kafedrasında baş laborant, 1993-cü ildən 1996-cı ilədək assistent, 1996-cı ildən 2007-ci ilə qədər dosent vəzifələrində işləyib. 2007-ci ilin dekabr ayından Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasının müdiri vəzifəsində işləyib. 1995-ci ildə namizədlik dissertasiyasını, 2007-ci ildə isə doktorluq dissertasiyasını müdafiə edib. 1997-ci ildə - dosent, 2012-ci ildə isə professor elmi adına layiq görülüb. 60 çox elmi əsərin, 1 tədris vəsaitin, 2 tədris-metodik tövsiyələrin, 3 metodik tövsiyələrin  müəllifidir.  2007-ci ildən rektor təyin edilənə qədər Azərbaycan Respublikası Səhiyyə Nazirliyin baş psixiatrı və psixi sağlamlıq üzrə milli koordinatoru olub. 

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az