““Tottenham”la matçımız bizim üçün böyük təcrübədir”

““Tottenham”la matçımız bizim üçün böyük təcrübədir”

"Tottenham”la matçımız bizim üçün böyük təcrübədir.

Bu sözləri "Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ” və İngiltərənin "Tottenham” klubu matçından əvvəlki mətbuat konfransında deyib.

Baş məşqçi qeyd edib ki, komandamız ilk dəfə Avropa liqasında ingilis klubu ilə qarşılaşacaqdır. Rəqibin güclü olamasına baxmayaraq əlimzidən gələni edəcəyik və oyuna ciddi hazırlaşmışıq. Futbolçularımıza səmimi qəlbdən inanıram.

Q.Qurbanov diqqətə çatdırıb ki, bu oyunda biz futbol üzrə sadəcə ingilis təcrübəsini deyil, eyni zamanda ispan təcrübəsini də görəcəyik. Komandanın baş məşqçisi İspaniyada çalışıb. Bu təcrübələrin birləşməsi ilə qarşımıza çətinlik doğuran rəqibin çıxdığı sirr deyil.

"Tottenham” klubunun baş məşqçisi Maurisio Pokettinonun "Qarabağ” kondasının nailiyyətlərini yüksək qiymətləndirməsinə fikir bildirən Q.Qurbanov vurğulayıb ki, bizə qarşı olan hörmətlərinin göstəricisidir. "Tottenham” kimi güclü komandanın "Qarabağ”ı əsl rəqib kimi görməsi qarşılaşmanın maraqlı olacağından xəbər verir.

Komandamız mətbuat konfransından sonra oyundan əvvəlki son məşqinə çıxıb.

AZƏRTAC



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az