TQDK nəticələri - AÇIQLADI
2015/2016-cı tədris ili üçün tam orta təhsil bazasında (11 illik)
orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə keçirilmiş
müsabiqənin nəticələri məlum olub.
Vətəninfo.az Trend-ə istinadla xəbər verir ki, abituriyentlər müsabiqənin nəticələrini Komissiyanın internet saytından
və ya mobil telefonla iş nömrəsini 7727 nömrəsinə göndərməklə öyrənə
bilərlər.
Boş qalan 1065 plan yerinin
müsabiqəsində iştirak etmək üçün 5372 abituriyent ərizə təqdim edib.
Onlardan 904 abituriyent orta ixtisas təhsili müəssisələrinə qəbul olub.
Qəbul
olanlar sentyabrın 7-dən 10-dək (saat 9:00-dan 17:00-dək) sənədlərini (
tələb olunan sənədlər barədə məlumatı daxil olduğunuz kollecdən əldə
etməlisiniz) daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə
qeydiyyatdan keçməlidirlər.
Müəyyən olunmuş
müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa
yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul
haqqında əmri orta ixtisas məktəbinə göndərilməyəcəkdir.