Tramp: “İrana qarşı sanksiyalar sərtləşdiriləcək”

Tramp: “İrana qarşı sanksiyalar sərtləşdiriləcək”
"İran dünyada terrorun bir nömrəli sponsorudur. İran Suriya və Yəməndə də müharibələrə dəstək verir. İranın bu siyasəti davam etdirdikcə, tətbiq etdiyimiz sanksiyalar aradan qalxmayacaq, əksinə sərtləşdiriləcək”.

APA-nın xəbərinə görə, bunu ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 74-cü sessiyasında çıxışı zamanı deyib.
ABŞ-ın Birgə Hərtərəfli Fəaliyyət Planından geri çəkildiyini xatırladan D. Tramp bildirib ki, İranın nüvə silahına sahib olmasına icazə verilməyəcək.
"İran xalqı onlara xidmət edəcək və rifahını yüksəldəcək bir hakimiyyətə layiqdir. İranı artıq digər dövlətləri hədələməkdən əl çəkməlidir. ABŞ sülh istəyən hər kəslə dostluğa hazırdır. ABŞ-ın bugünkü dostları keçmişdə bizimlə düşmən olub. Şimali Koreya da İran kimi böyük potensiala malikdir. ABŞ-ın məqsədi sülh, harmoniya və sonsuza qədər davam edəcək müharibələrdən qaçmaqdır”, – deyə ABŞ Prezidenti vurğulayıb.
D. Tramp qeyd edib ki, ABŞ Əfqanıstanla birgə terrora qarşı mübarizəni davam etdirəcək.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az