Tramp Rusiyaya qarşı sanksiyalar barədə fikrini açıqladı

Tramp Rusiyaya qarşı sanksiyalar barədə fikrini açıqladı

Rusiyaya qarşı sanksiyaların ləğvindən danışmaq tezdir.

TASS agentliyinin verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp Böyük Britaniyanın baş naziri Tereza Mey ilə keçirdiyi birgə mətbuat konfransında bəyan edib.

"Rusiyaya qarşı sanksiyaların ləğvindən danışmaq hələ tezdir. Biz bütün ölkələrlə yaxşı münasibət qurmaq niyyətindəyik, o cümlədən Rusiya ilə”, - deyə D.Tramp bildirib.

Tereza Mey, öz növbəsində, qeyd edib ki, Ukrayna üzrə Minsk razılaşmaları yerinə yetirilməyənədək Rusiyaya qarşı tətbiq edilən sanksiyalar qüvvədə qalmalıdır. 

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az