Türk qırıcıları Rusiya qırıcısının qarşısını kəsdi: Şahinlərin savaşı

Türk qırıcıları Rusiya qırıcısının qarşısını kəsdi: Şahinlərin savaşı

Təcili havaya qalxma əmri verilən türk ordusunun F-16 qırıcısı Rusiya hərbi təyyarəsinin qarşısını kəsib.

Miq.Az xəbər verir ki, Aralıq, Baltik və Qara dənizdən Sakit okeana qədər uzanan səhnədə qarşı-qarşıya gələn Rusiya və NATO arasında yeni hava qarşıdurması yaşanıb.

NATO təlimləri məqsədilə Polşaya uçan tür F-16 qırıcıları Malbork hava limanında eniş edib. Qısa müddətdən sonra türk hərbi qırıcılarına təcili havaya qalxmaq əmri gəlib.

Türkiyə Milli Müdafiə Nazirliyinin tvitter hesabında "NATO-nun inkişaf etdirilən hava polisi xidməti üçün Polşaya gedən iki F-16 qırıcımız ilk reaksiyanı Baltik dənizi bölgəsində icra edib” açıqlaması verilib.

Məlum olub ki, türk F-16-ların təcili havaya qalxmasına səbəb Rusiyaya aid İl-38 hərbi təyyarəsi olub. Türk qırıcılar rus hərbi təyyarəsinin qarşısını kəsib. İlkin məluatlara görə, türk və rus qırıcıları Polşa hava sahəsində üz-üzə gəliblər.

Rusiya Müdafiə Nzirliyinə yaxın media raketlə silahlanan F-16 ların İl-38-ə təhlükəli şəkildə yaxınlaşdığın bildirib.

NATO-nun Tvitter səhifəsində isə qeyd edilib ki, Malborkan havaya qalxan türk F-6 lar ilk dəfə önləmə uçuşu həyata keçirib. Bu zaman önü kəsilən rus təyyarəsi haqqənda "bilinməyən” ifadəsi işlədilib.

Qeyd edək ki, hazırda Polşaya uçan Türkiyənin 4 ədəd F-16 qırıcısı sentyabrın ortalarına qədər Şərqi Avropada qalacaq. Burada daha əvvəl İspaniya, Litva və İtaliya qırıcıları xidmət edib.
 
  


 


Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az