Türkiyə Emənistanla sərhəddə kameralar quraşdırdı

Türkiyə Emənistanla sərhəddə kameralar quraşdırdı
Türkiyə Ermənistanla sərhədində nəzarət kameraları quraşdırıb.
 
Virtualaz.org Haber 7-yə istinadən bildirir ki, kameralar Qars vilayətinin yerli özünüidarəetmə orqanı tərəfindən sərhəd xəttinin daimi nəzarət altında saxlanılması üçün quraşdırılıb.
"Sərhəd xəttində kameraların quraşdırılma və bərkidilmə işləri yekunlaşıb. Kameraların sınaqdan keçirilməsi davam edir. Kameraların quraşdırılması üzrə dəyəri 2 milyon 880 min lirə olan layihə Türkiyə-Ermənistan sərhədinin Qars hissəsində müəyyən mənfi məqamları aradan qaldıracaq və daha yüksək təhlükəsizliyi təmin edəcək”, – deyə məlumatda bildirilir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az