Türkiyə ilə bağlı şok iddia - Müdafiə naziri dərhal reaksiya verdi

Türkiyə ilə bağlı şok iddia - Müdafiə naziri dərhal reaksiya verdi

İngiltərə müdafiə naziri Ben Uolles ölkəsinin Türkiyədə qaçqın qəbulu mərkəzi quracağı xəbərinin medianın spekulyasiyası olduğunu açıqlayıb.

Teleqraf.com xəbər verir ki, o, bu barədə yayılan məlumatı təkzib edib.

"Bu məlumatın heç bir əsası yoxdur, bu, yalnız spekulyasiyadır. Dedik ki, bölgə miqyasında bir sıra qaçqın qəbulu mərkəzləri quracağıq. Həmin bölgənin Türkiyə olduğunu siz iddia etdiniz, biz yox”, - Uolles deyib.

"The Mail On Sunday” qəzeti İngiltərənin üçüncü ölkələrdə qaçqın qəbulu mərkəzləri quracağı bildirilsə də, heç bir ad verməyib. Nəşr başqa bir məqalədə bu ölkələr arasında Türkiyənin adını göstərib. Buna bənzər bir xəbər "Guardian” qəzetində də yayımlanıb.

Qeyd edək ki, BBC bundan əvvəl "İngiltərə Türkiyə və Pakistan kimi ölkələrdə qaçqın mərkəzləri quracaq” başlığı ilə bir xəbər yayımlayıb. Bir müddət sonra xəbəri silən BBC Türkiyədən üzr istəyib.

İddia Türkiyədə geniş müzakirə mövzusuna çevrilib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az