Türkiyə sərhədində atışma: hərbçi şəhid oldu

Türkiyə sərhədində atışma: hərbçi şəhid oldu

Türkiyənin Ağrı vilayətinin Doğubəyazid mahalında PKK terrorçuları ilə silahlı atışmada bir hərbçi şəhid olub, biri isə yaralanıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin hərbi dairələri məlumat yayıb.

İran sərhədində yerləşən Gürbulaq keçid məntəqəsi yaxınlığında baş verən qarşıdurmadan sonra Haşim Türkoğlu xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Ağır yaralanan Çavuş Van Yüzüncü isə xəstəxanalardan birinə yerləşdirilib.

Terrorçuların zərərsizləşdirilməsi üçün bölgədə genişmiqyaslı əməliyyatlar başladılıb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az